Stomatologiyanın yaranması

0
2748
Stomatologiyanın yaranması

Tarixi məlumatlara əsasən, rəsmi olaraq stomatologiyanın tarixi 1700-cü ildən başlayır.


Əslində isə xəstə dişlər lap qədim dövrlərdə də müxtəlif üsullarla müalicə edilirmiş. Belə ki, qədim yunan papirusları üzərində xəstə dişlərin müalicəsi haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim Romada xəstə dişlərin müalicəsi zamanı xüsusi burğulardan, deşici alətlərdən istifadə edilirmiş.

Misirdə aparılan arxeloji qazıntılar zamanı eramızdan əvvələ məxsus olan alt çənə dişləri tapılmışdır. Bu dişlər bir-birinə qızıldan duzəldilmiş tağlarla bərkidilmiş halda idi. Bu da onu göstərir ki, hələ eramızdan əvvəllərdə də insanlar dişlərin müalicəsi, dəyişdirilməsi, əvəz edilməsi ilə çox ciddi məşğul olmuşdur.

Diş müalicəsi XVII əsrdən başlayaraq ilk dəfə Fransada tibbə daxil edilmiş və tibbin bir sahəsi kimi fəaliyyət göstərmişdir. 1700–cü ildə Fransanın kralının xüsusi sərəncamına əsasən, tibbdə yeni bir sahə və yeni bir peşə müəyyənləşdirilmişdir. Bu peşənin sahibləri “cərrah – dantist” adlandırılırdı.

İlk diş həkimləri etrusklar (İtaliya ərazisində yaşamış qədim xalq) hesab olunur. Onlar dişləri müalicə edə, yeniləri ilə əvəzləyə bilirdilər. Ən qədim diş burğusunun 9000-ə yaxın yaşı var o, Pakistan qəbiristanlığında tapılmışdır.

Müasir anlamda olan stomatologiya isə 1920-ci illərdən başlayaraq diş həkimliyi, ümumi cərrahlığın “çənə və üz quruluşunun cərrahiyyəsi” bölməsi kimi fəaliyyət göstərməyə başlamışdır. Sonralar “diş müalicəsi və cərrahiyyəsi” sahəsi inkişaf etdirilərək,  - “stomatologiya”  adlandırılmışdır...

Müasir dövrümüzdə stomatologiya tibbin ən inkişaf etmiş sahələrindən biri hesab edilir.
 

ŞƏRH YAZIN