Stressinizi üzərək atın

0
2021
Stressinizi üzərək atın

 Üzmək başlı başına bir sağlamlıqdır. Eyni zamanda stress atmaq üçün əla vasitədir. Mütəxəssislər yay aylarının ən sevilən məşğuliyyəti olan üzməyin sağlamlığa faydalarını belə sıralayır:


1. Sümüklərə təsir edir – Əzələlərində və oynaq sümüklərində problemi olanlar üzərək bu xəstəlikdən rahatlıqla xilas ola bilərlər. Su, əzələ və oynaqların vücudun digər bölgələri ilə birbaşa fəaliyyətdə olduğu üçün onurğa üzərindəki təzyiqi azaltmağa yardım edir. Əgər sümük iltihabı kimi problemləriniz varsa, üzmək digər məşqlərindən fərqli bir alternativ olacaq. 

2. Bütün əzələləri gücləndirir – Çoxları adətən idman salonuna gedərək əzələ yaratmağa çalışır. Lakin oynaq sümüklərində problemi olanlar üçün bu təhlükəlidir. Üzmək isə bütün əzələ qruplarını aktivləşdirir və oynaq sümüklərinin qorunmasına kömək edir. 

3. Elastikliyi artırır – Suyun içində sümüklər daha da rahatlaşır. Bunun sayəsində üzənlər elastikliyə qovuşur və cəld hərəkət edə bilirlər. 

4. Ürək sağlamlığını qoruyur – ürək xəstəliyindən əziyyət çəkənlərin çoxuna aktiv fəaliyyətdə olmaq qadağan edilir. Bu baxımdan üzgüçülük ürək xəstələri üçün ideal fəaliyyət növü olacaq. 

5. Çəkini nəzarətdə saxlayır – Üzmək digər idman növləri ilə müqayisədə daha əyləncəlidir. Buna görə də idman etməyə tənbəllik edənlər üzgüçülüyə üstünlük verə bilər. Üzgüçülük bütün əzələlərin sinxron şəkildə işləməsini təmin edərək çəki itkisni və bədən quruluşunu formaya salır.

6. Astma xəsliyindən əziyyət çəkənlərə yaxşı təsir edir – Tənəffüsün sürətini daha keyfiyyətli hala gətirdiyi üçün astma xəstələrinin halında yaxşılaşma müşahidə olunur. 

7. Xolestrol səviyyəsini tarazlaşdırır – Üzgüçülükdə daha çox enerji xərclədiyimiz üçün yağ depolarının işləməsinə yardım edən məşqdir. Ənənəvi idman növlərindən təxminən 3 və 5 qat daha artıq kalori yandırdığı üçün xolestrolun səviyyəsini tarazlaşdırır. 

8. Diabet riskini aşağı salır – Üzən zaman bütün əzələlər aktiv fəaliyyətdə olur və depolardakı yağlar da azalır. Bu halda insulin toxumalarının həssaslığı artır və diabet riski də aşağı düşür. Sağlamlığınızda başqa problem varsa, həkimlə məsləhətləşin. 

9. Beyinin oksigen qəbulu artır – Üzmək tənəffüs sistemini qüvvətləndirərək dərinin qan və toxumalardakı oksigen qəbulunu artırır. Araşdırmalara görə, üzmək hərəkətsiz çalışan insanların zəkalarının inkişafına da təsir edir. 

10. Qan dövranını artırır – Üzmək bütün bədən üzlərini və əzələləri hərəkətə gətirərək, ürəyə gedən təmiz qan axımını artırır. Ayaq oynaqlarında ağrıları azaldır və rahatlaşdırır. Həmçinin şişməsinin də qarşısını alır.

ŞƏRH YAZIN