Su Insanı Cavanlaşdırır

0
2571
Su Insanı Cavanlaşdırır

Müasir dövrdə hər bir qadını narahat edən problemlərdən biri də vaxtından əvvəl üzdə qırışların əmələ gəlməsidir. Bunun qarşısını almaq üçün xanımlarımız hər cür vasitəyə əl atırlar. Bəziləri cərrahiyyə əməliyyatı, bəziləri isə müxtəlif kosmetik müalicələrlə qırışların əmələ gəlməsinin qarşısını alır. Bundan sonra bunların heç birinə ehtiyac qalmayacaq. Artıq sübut olunub ki, gündəlik içdiyimiz su qırışların yaranmasının qarşısını alır. İngiltərə vətəndaşı Sara Smit sübut edib ki, 10 yaş cavanlaşmaq üçün heç bir əməliyyata və ya ağır kosmetik müalicələrə ehtiyac yoxdur. Hazırda Saranın 42 yaşı var. O hər gün 3 litr su qəbul etməklə orqanizminin 10 yaş cavanlaşmasına nail olub. Bildirək ki, qadın su pəhrizinə başlayanda cavanlaşmaq haqqında fikirləşməyib. Uzun müddət xroniki baş ağrılarından əziyyət çəkib. Sara bildirib ki,  su içməyə başladıqdan iki ay sonra tamamilə başqa adama çevrilib. Dəri iltihabı keçib, göz altı kölgələr yox olub, üz dərisi isə gəncliyində olduğu kimi, hamar və elastik olub. Bunun üçün Sara yemək rejimini dəyişmək, hər hansı pəhrizlər saxlamaq məcburiyyətində qalmayıb.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN