Südlə Bağlı İddia.

0
2092
Südlə Bağlı İddia.

Süd – zənn etdiyimiz qədər faydalı olmaya bilər. Nüfuzlu Britaniya Tibb jurnalında dərc olunan araşdırmanın nəticəsi hər kəsi təəccübləndirib. Belə ki, araşdırma nəticəsində südün sümüklərə faydalı olmadığı, əksinə zərər verdiyi ortaya çıxıb. 

İsveçli araşdırmaçılar südün uşaqlarda sümüklərin inkişafını dəstəklədiyini təsdiqləsələr də, irəli yaşlarda baş verən sümük əriməsi probleminə heç bir faydasının olmadığını vurğulayıblar. 
 
Araşdırma göstərib ki, gündə 3-5 stəkan süd içən qadınlarda sümük əriməsi, sümüklərin çatlaması və ölüm riski – gündə 1 stəkan süd içənlərə nisbətən daha yüksəkdir. 
 
Alimlər buna südün tərkibindəki şəkərin səbəb olduğunu bildirirlər. Süd laktoz və oksidatif adlı maddələr ehtiva edir. Bu maddələr stresə səbəb olur. Araşdırmalara görə, mütəmadi olaraq süd içən insanlar daha çox stress keçirirlər. 
 
Mütəxəssislər inək südü əvəzinə badam südü və ya kakos südü içməyi tövsiyə edirlər. 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN