Tarixin 10 əfsanəvi qadın casusu

0
4478
Tarixin 10 əfsanəvi qadın casusu

10) Mata Hari - Almaniya

Əsil adı Marqarita Zelle olan Mata Harini I Dünya Müharibəsi dövründə almanlar öz sıralarına alıblar. Fransa kəşfiyyatı onun almanlar üçün çalışdığını öyrənəndən sonra ona Almaniya əleyhinə işləməyi təklif edib. Zelle bu təklifi qəbul edibmiş kimi görünürmüş. Lakin fransızlar ona güvənmədiklərindən sınamaq üçün onu Belçikadakı 6 fransız casusun yanına göndəriblər. Bir müddət sonra həmin 6 nəfərlik qrup almanlar tərəfindən aşkarlanıb və güllələnib. 

 
9) Stefani Culianna Hohenloh - Almaniya
 
Hitlerin ən önəmli casuslarından olan Hohenloh təhsili və kübarlığı ilə ingilis elitasında yer qazanaraq, siyasi kabinetdən olan önəmli şəxslərlə dostluq edib. Seksual cazibəsindən, gözəlliyindən istifadə edərək nasistlərə önəmli bilgilər verməyə nail ola bilib. II Dünya Müharibəsi bitəndən sonra Londonda artıq lazımsız birinə çevrilən Stefani Culianna ABŞ-a köçüb. Burada isə Hitlerin psixoloji portretini təsvir edən bir kitabın yazılışında iştirak edib.
 
8) Elizabet Bentli - SSRİ
 
II Dünya Müharibəsi dövründə ABŞ-dakı ən uğurlu sovet casuslarından biridir. Nasistlər haqqında ABŞ-ın əldə etdiyi bilgiləri SSRİ-yə göndərib. Lakin sonradan sevgilisi öldükdən və SSRİ-dəki bütün kontaktlarını itirdikdən sonra ABŞ-da olan 150-yə yaxın sovet casusunu satıb. 
 
7) Lona Kohen - SSRİ
 
Kommunist partiyasının üzvü olan Kohen müharibədən sonra İngiltərəyə köçüb. Daha sonra isə ingilis ordusunun hərbi sirlərini SSRİ-yə göndərən casus komandasının bir üzvünə çevrilib. Lakin casusluğu ifşa olunduqdan sonra 20 il həbs cəzasına məhkum edilib. 1969-cu ildə iki ölkə arasındakı casus mübadiləsində SSRİ-yə verilib və burada “Qızıl bayraq” mükafatına layiq görülüb. 
 
6) Violette Szabo - İngiltərə
 
Violettenin gözəlliyi, zəkası və qısa ömrü onu əfsanəyə çevirib. Parisdə doğulan amma İngiltərəyə köçən Violette ərinin ölümündən sonra ingilis xüsusi xidmət orqanlarına işləməyə başlayıb. Burada təlim aldıqdan sonra fransızların II Dünya Müharibəsi sırasında yaratdıqları dirəniş hərəkatına qoşulub. Almanlar tərəfindən əsir alınan Violette 1945-ci ildə güllələnib.
 
5) Virciniya Hal - İngiltərə
 
İngiltərə casusu olan Virciniya fransız dirəniş hərəkatında alman faşistlərinə qarşı önəmli əməliyyatları yerinə yetirib. Hətta iki il polis mühasirəsində yaxasını ələ verməyib. 1930-cu ildə bir ayağını itirdiyindən təkayaq casus kimi tanınıb.
 
4) Kristina Skarbek - İngiltərə
 
Polşalı Starbek II Dünya Müharibəsinin ən uğurlu casusu sayılır. Bir çox gizli qaynaqlara yol tapan Skarbek Polşa, Fransa, Misir və Macarıstanda xeyli uğura imza atıb. Əsas şöhrətini isə iki ingilis casusunu alman gestaposundan xilas edəndən sonra qazanıb. Lakin müharibədən sonra həm öz ölkəsi, həm də İngiltərə tərəfindən unudulub, 1952-ci ildə öldürülüb. 
 
3) Nansi Veyk -Yeni Zellandiya
 
II Dünya Müharibəsi başlayanda Nansi Fransada jurnalist işləyirdi. Fransız dirəniş hərəkatında könüllü kuryerlik edən Nansinin başı üçün gestapo milyonlar vəd etmişdi. Bir əməliyyat zamanı alman əsgərini əlləriylə boğub öldürüb. Müharibədən sonra 5 ölkə onu müharibənin ən güclü casusu elan edib. 
 
2) Brita Tot - Danimarka
 
Əsilzadə bir ailədən olan Tot 1442-ci ildə İsveç kral ailəsinin bir üzvü ilə evlənib. 10 il sonra Danimarka ilə İsveç müharibəyə başlayınca Tot ölkəsi üçün casusluq edib. İsveç ordusunun hər addımını ölkəsinə ötürüb. İfşa olunduqdan sonra Tot İsveç kralı tərəfindən ağır bir cəzaya məhkum edilib, öldürülmədən uzun bir müddət xüsusi hazırlanmış divara asılıb. Daha sonra əfv edilən Tot Danimarkaya verilib. 
 
1) Melia Norvud -SSRİ
 
Melita Norvud İngiltərədə bir dövlət məmuru olub. Nüvə araşdırmaları mərkəzindən bir sıra önəmli sənədləri ələ keçirdiyini öyrənən sovet KQB-si 1940-ci ildə Norvudu casusluğa cəlb edib. Soyuq müharibənin önəmli illərində Norvud İngiltərənin bir çox sirlərini SSRİ-yə çatdırıb. Lakin qəribə də olsa onun heç bir əməli ingilis xüsusi xidmət orqanları tərəfindən aşkara çıxarılmayıb. 
 

ŞƏRH YAZIN