Televizor necə icad edilib?

0
3092
Televizor necə icad edilib?

 Hər bir evdə yer alan və demək olar ki, hər gün istifadə olunan televizor sizcə necə icad edilib? İnsanların çoxunun bu barədə məlumatsızlığını nəzərə alaraq, sizə televizorun yaranma tarixini araşdırdıq. 


Məlumat üçün deyək ki, televizor bir dəfəyə və yalnız bir insan tərəfindən icad edilməyib. Televizorun əsası 1873-cü ildə V.Smitin tərəfindən icad edilmiş foto effekt olub. Ondan sonra 1884-cü ildə P.Nipkovıyın tərəfindən skanlaşdıran diskin icadından sonra maxaniki televizorun yaradılmasına səbəb olub, bu 1930-cu illərdə populyar idi. 1925-ci ildə Nipkovıyın icad etdiyi disklər vasitəsi ilə Bedromun tərəfindən Böyük Britaniyada, Cekinson tərərfindən ABŞ-da və L.S.Termenov tərəfindən SSSR-də televizor yaradılıb.

10.10.1906-cı ildə icadçı Maks Dikman, tələbəsi K.Ferdinanda və Q.Qlage görünüşün (təsvirin) ötürülməsi üçün Braunun trubkasını patentləşdirirlər. Braun özü bu ideyaya qarşı idi, bunu mənasız hesab edərdi.

1907-ci ildə Dikman tərəfindən 3x3 ölçülü televizor təqdim edilib.
 
Hal-hazırki elektron televizorun ilk patentini professor Boris Rozinq alıb. Lakin o ancaq 09.05.1911-ci ildə hərəkətsiz təsvirin yayımını əldə edə bilib.
 
Nəhayət, ən uğurlu icad edilmiş ilk televizor trupkası “İkonoskop” olub. 1923-cü ildə Vladimir Zvorıkin tərəfindən (o zaman Radio Corporation of America-da çalışırdı). İkonoskop – kütləvi televizor-radio texnikaları üçün istehsal olunan televizor trupkası olub.
 
Hərəkətli təsvirlər ilk olaraq 26.06.1928-ci ildə Daşkənddə B.Qrabovskiy və İ.F.Belyanskiy tərəfindən yayımlanıb. Lakin bu yayım çox kobud və qeyri-təmiz alınıb. Amma məhz bu təcrübədən sonra televiziya yayımının yaranmasına səbəb olub.
 
Başqa mənbələrdən isə deyilir ki, ilk hərəkətli təsvir 26.01.1926-cı ildə şotlandlı icadçı C.Beydrom tərəfindən icad edilib.
 
İlk ağ-qara və səssiz televizorlar natist Almaniyada 1929-cu ildə yaranıb. Həmçinin, ağ-qara televizorlar 1949-cu ildə SSSR-də yaranıb.
 
Beləcənə sonradan daimi teleyayımlar yarandı, sonra televizorlar getdidkcə müasirləşdilər, ağ-qaradan rəngliyə keçdilər, sonra yekə televizorlar nazik plazma və LCD ilə əvəz edildilər, onlar da sonradan ondan da nazik LED ilə əvəz edildilər və hal-hazırda icadçıların üzərində işlədikləri 3D texnologiyaları inkişaf etdirməkdədirlər.

ŞƏRH YAZIN