Təsirli Yazmaq İstəyənlər Üçün Son Çağırış

0
3921
Təsirli Yazmaq İstəyənlər Üçün Son Çağırış

Öz sahəsində uğurlu insanlara yazı yazmaq çox zaman çətin gəlir. Hər kəs çox yaxşı yaza bilməz, amma biraz əmək və diqqət ilə hər kəs dərdini izah edə bilər. “1984” adlı romanının müəllifi Corc Oruell isə yazı yazarkən insanın bu 4 sualı öz-özünə verməsini məsləhət görür: 

-Nə demək istəyirəm? Hər cümləyə başlayarkən bu sualı özümə verərkən ən yaxşı izahetmə üsulunu tapa bilərsiniz. 

-Necə deyə bilərəm? 

-Daha açıq yaza bilərəmmi?

-Yazdığımın təsiri olurmu?

Daha bir məsələ, termin və ya bənzətmənin məqsədə xidmət edib-etmədiyini araşdırın. İnsanlardan uzaqlaşın. İxtisarların açılışlarını mütləq yazınıza əlavə edin. İş yazıları bunların xaricində digər xüsusiyyətlər də daşımalıdır. Yaxşı bir iş yazısının idarəçinin insanlığını əks etdirməsi, məhsula və markaya həyat verən ruhu ehtiva etməsi də lazımdır. Bunun üçün bu nöqtələrə diqqət etməyiniz yararlı da ola bilər: 

-Planlaşdırmanı yaxşı edin: Yazıya başlamazdan öncə, izah etmək istədiyi mövzuları zehnində tənzimləməyən və planlaşdırmayan idarəçi, marşrutu təyin etmədən dəniz səfərinə çıxan kapitana bənzəyir. Bu şəkildə yazılan bir yazını oxuyan insan, verilən mesajı qavraya bilməz. İş məktublarında ən çox görülən yanlışlıq zəif planlaşdırmadır. 

-Müəmmalı  ifadələrdən qaçın: Mesajınızı tam olaraq çatdırmaq üçün aşağıdakı mövzulara diqqət etməyiniz lazımdır: 

- Yazının tonu və ya havası yanlış seçilərsə yazınız gözlədiyiniz təsiri yarada bilməz. Lazım olduğundan daha sərt, neqativ və ya təpədən baxan bir yazı qurulmaq istənilən əlaqələri daha yaranmadan zədələyər. 

-Həddindən artıq təmtəraqlı və rəsmi tərz təhlükəlidir. 

-“Ən qısa zamanda” və ya “mümkün olduğu qədər” kimi ifadələrin istifadə olunması oxucu üçün bir məna ifadə etməz.

-Çox quru və texniki yazılar isə insanlara bir istifadə təlimatlar oxuyurmuş duyğusunu verir.

-Yazınızda tez-tez “lakin”, “amma”, “bəlkə” kimi kəlmələr yer alırsa qarşı tərəf sizin mövzu haqqında məlumatsız və ya mövzunu tam mənası ilə bilmədiyinizi düşünər. Bu tərəddütlü kəlmələr oxucunun bir qərara gəlməsini çətinləşdirir. 

-İlk cümlənin mənasını zəiflədən ikinci cümlədən isifadə etmək də ayrı dərəcədə təhlükəlidir. 

Siz ən yaxşısı, özünüzə xas təbii bir tərz seçin və sanki oxucu ilə danışırsınız kimi yazın. Öz tərzinizi tapana kimi müəyyən bir yazını 3-4 dəfə dəyişik şəkildə yazaraq bunların məzmununu və oxuyanda etdiyi təsiri təhlil edin. Uzun cümlə və paraqraflardan qaçın: Şəhər nəqliyyatlarında otur-qalx edər kimi cümlələrinizi tez-tez vergüllərlə, nöqtəli vergüllərlə, “və”lərlə və kənar cümlələrlə doldurmaqla istədiyiniz hədəfə çata bilməzsiniz. Cümlələrinizdə ortalama 7-10 arasında kəlmə olsun. Çünki daha uzun cümlələrdə məna dəyişir. Uzun paraqraf tələsinə də çox düşməyin və oxucuya nəfəs alma imkanı verin. Yazınızın sonunu da qısa edin. Qarşınızdakı insanın sizin kimi məşğul ola biləcəyini yadınızdan çıxartmayın. Passiv cümlələr çox işlətməyin: Passiv hərəkətlərlə qurulmuş cümlələr yazınızı soyudar, mücərrədləşdirər və mənasını itirər. Bu səbəblə “Xidmətimiz təmir edəcəkdir” cümləsi yerinə, “Təmir edəcəkdir” kimi passiv cümlələri qurmayın. Hədəfinə çatan kəlmələri tapın: Məşhur yazıçı Mark Tven “Daim doğru kəlmələri işlədin,  qardaşınızı deyil...” deyir. 

İş yazılarınızda da məqsədi ən yaxşı ifadə edən kəlmələri axtarıb tapmaq lazımdır. Siz yazını bir dəfə oxuduğunuzda yerinə oturmayan kəlmələri asanlıqla fərq edib düzəldə bilərsiniz. Sıfır yanlışı məqsədləyin: Bir iş məktubunda durğu işarəsi yanlış istifadə olunarsa bu, məzmun dəyişikliyi ilə nəticələnməz. Amma bir vergülün yanlış yerə qoyulması oxucuda sizə qarşı: “yazısını diqqətli və qaydalara uyğun yazmayan müəllifin məhsulu da yazısı kimi olar...” kimi fikir yaradar. 


Tərcümə etdi: Azadə Bayramova

 

ŞƏRH YAZIN