Titanikdən Tapılan Skripka

0
2371
Titanikdən Tapılan Skripka

"Titanik" gəmisi 1912-ci ilin aprel ayında batarkən ifaya davam edən orkestrin şefi Uulis Hartliyə aid skripka 100 il sonra hərraca çıxarılıb.  Xatırladaq ki, "Titanik" batandan sonra Uulis Hartli və orkestri fədakarlığın simvoluna çevrilmişdi. Skripkanın hərracda başlanğıc qiyməti 300 min sterlinq (təxminən 358 min AZN) olaraq təyin edilib. Bu skripka "Titanik"dən qalan əşyalar içində ən yüksək qiymət qoyulanıdır. Ancaq mütəxəssislər daşıdığı romantik və simvolik dəyərə görə qoyulmuş bu satış qiymətinin daha da yüksələcəyini bildiriblər. 

 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN