Titaniklə bağlı maraqlı faktlar

0
5839
Titaniklə bağlı maraqlı faktlar

“Titanik” gəmisinin qəzaya uğradığını bilməyən yoxdur. Səfərinin 5-ci günündə, 15 apreldə aysberqə çırpılaraq qəzaya uğrayan bu gəminin batması nəticəsində 1514 insan həyatını itirib və ən böyük gəmi fəlakəti kimi tarixə keçib.

 
Amma bu gəmi haqqında hələ də bilmədikləriniz ola bilir. Məsələn: 
 
Bilirsinizmi ki, bu gəmidə baş aşpaz işləyən qadın spirtli içki sayəsində iki saat buzlu suda qalmasına rəğmən həyatda  qalmağı bacarıb?
 
***
 
Xilasedici qayıqlar tam olaraq sərnişinlərlə dolmadan suya endirildiyinə görə də insan itkisi daha da çox olub.
 
***
 
Günümüzdə aparılan testlərə görə, əgər aysberq aşkar edildikdən sonra cəmi 2 saniyə cəld davranılsaydı, qəzanın qarşısı alına bilərdi.
 
***
 
O dönəmin şokolad maqnatı və başqa bir sərnişin işləri çıxdığına görə son anda biletlərini ləğv etdiriblər.
 
***
 
“Titanik” aysberqə çırpılaraq batan ilk və son gəmidir.
 
***
 
Qəzada ölməyən tək yapon sərnişin öz ölkəsində “qorxaq” elan olunaraq hamı tərəfindən aşağılanıb.
 
***
 
“Titanik” filmində baş rol oyunçusu Keti Vinslet filmin musiqisinə nifrət etdiyini söyləyib.
 

ŞƏRH YAZIN