Ürəyinizi qoruyun!

0
3249
Ürəyinizi qoruyun!

 Hər kəs sağlam bir həyat üçün ürəyini qorumalıdır. Çünki, əgər ürək zədə alarsa, onun müalicəsi mümkün olmaz. Ona görə, sizə hər yaşa uyğun ürəyə qulluğun qaydalarını təqdim edirik. Oxuyun və əməl etməyə çalışın.


18-25 Yaş
 
Nizamlı yuxu şərtdir! Bu yaşlarda ən çox edilən səhvlərdən biri yuxusuz qalmaqdır. 7 saatdan az yatan adamın bədənində qan axışını yavaşladan fibrinogen zülalı daha çox ifraz olunur. Ürək bu vəziyyətdə kafi oksigeni nasosla vurmaq üçün özünü daha çox məcbur edir. Bu da ürək narahatlıqlarına dəvətnamə çıxarır. Mütəxəssislər bu yaş arasındakı kəslərə yaxşı yatmalarını və hər gün 1 qram balıq yağı qəbul etmələrini tövsiyə edir.

26-34 Yaş
 
İntensiv tempdə idman edilə bilər! Mütəxəssislər bu yaş arasındakı kəslərə həftədə 3 dəfə, 30 dəqiqə qaçmalarını tövsiyə edir. Beləliklə fiziki olaraq hələ şəkilləndirilməyə uyğun olan əzələlər gücləndirilə bilir.

35-44 Yaş 
 
Ağırlıq qaldırılmalıdır! Ürəyə lazımlı oksigeni təmin etmək üçün daha çox qanın nasosla vurulması lazım olan bu dövrdə, həftədə ən az 3 dəfə ağırlıq qaldırmaq tövsiyə edilir.

45-54 Yaş
 
Özünüzə çox yüklənməyin! Aşağı sıxlıqdakı nizamlı məşqlərlə ürəyi çox yormadan, sağlam qalmaq olur. Yüngül sürətdəki işlər, qan həcmini artıraraq, ürək atışını normal səviyyəyə gətirir. Ən yaxşı nəticə üçün həftədə 6 kilometr yüngül tempdə qaçış tövsiyə edilir.

ŞƏRH YAZIN