Vərdişlər Nədən Danışır?

0
2951
Vərdişlər Nədən Danışır?

Uşaqlığımızdan bəri vərdiş etdiyimiz bir sıra şeylər var. Bu vərdişlər bəzən tam zərərsizkən, bəzən normal yaşamağımıza mane ola bilir. Bəs heç bu vərdişlərin səbəbləri haqda düşünmüsünüzmü? 

Psixoloqların qənaətinə görə, əksər vərdişlər bizim şüuraltımızdan olan siqnallardır. Əgər onlara diqqət etsək, biz həmin insan haqqında hətta onun özünün belə bilmədiyi məlumatlar ala bilərik. Məhz bu səbəbdən, biz bu və ya digər zərərli vərdişin bizim haqqımızda nələri bildirdiyini öyrənməyə çalışırıq.

Dırnaqları gəmirmək vərdişi
Hər kəs bilir ki, dırnaqlarını gəmirən insan o qədər də yaxşı görünmür. Bir çox kişilər üçün qadının əllərinin və barmaqlarının səliqəli olması çox vacibdir və buna görə bu vərdişi olan xanımlar ola bilsin ki, əks cinsin diqqətindən bir az uzaq qalsınlar. Dırnaqları gəmirmək vərdişi daxili gərginlik, anlaşılmaz həyəcanlılıq haqqında xəbər verir. Bir qayda olaraq, bu vərdiş özünə aşağı qiymət, sevgi çatışmazlığı ilə bağlıdır.

Qələm qapağını gəmirmək vərdişi
Qələmi ağzınıza vuraraq ilk olaraq xatırlayın ki, o çirkli ola bilər və bu zaman psixoloji problemlərdən başqa, sizdə həm də fizioloji səviyyədə problemlər yarana bilər. İkincisi isə, belə vərdiş sizin iş reputasiyanıza da neqativ təsir edə bilər. Psixoloqlar qeyd edirlər ki, qələmin qapağını gəmirən insanlar özlərini idarə edə bilməyən bir tip kimi qəbul edilir. Bu vərdiş insanın daxili həyəcanı və gərginliyi haqqında məlumat verir.

Siqaret və alkoqola meyil
Siqaret və alkoqol bizə əlavə həzz verir, enerji axınını təmin edir, hissləri tərpədir. Həmçinin onlar hardasa psixoloji "ağrıkəsici” rolunu icra edirlər. Daha çox aktiv intellektual fəaliyyət ilə məşğul olan insanlar siqaret çəkirlər ki, bu onların fəal işləyən şüurunu dayandırmaq üçün lazım olur.

Çox yemək vərdişi
Təəssüf ki, bəzi insanlar sözün əsl mənasında "partlayana” kimi yeyirlər. Zərərli vərdişlərin əksəriyyətinin kökü əlavə həzz almaq arzusudur ki, yemək də güclü həzz hissi yaradır. Bundan başqa şüuraltı olaraq insanlar çox vaxt sevgi çatışmazlıqlarını yemək ilə kompensasiya edirlər.

Səliqəliyə, nizama fanatik meyil
Belə insanları vasvası adlandırırlar. Bu tip insanlar hətta lazımsız yerlərdə belə səliqə yaradırlar ki, əhatədə olanları bu bəzən həqiqətən də qıcıqlandırır, çünki belə davranış təmizliyə sağlam meyildən çox maniya formasını əldə edir. Bu vərdiş insanın ideala meyilliliyi haqqında danışır.

Təkrar soruşmaq vərdişi
Yəqin siz bəzən həmsöhbətinizdən frazanın sonunu təkrar soruşursunuz, hərçənd ki, onu əla eşitdiniz. Yaşlı insanlarda bu vərdiş şizofreniya və ya başqa psixi xəstəliklərinin simptomu ola bilər. Bu halda mütəxəssisə müraciət etmək daha yaxşı olar.

Nəyisə qurdalamaq vərdişi
Belə vərdişi olan insanlar daxili harmoniyalarının inkişafı üzərində işləməlidirlər. Bu vərdiş narahatlıq, narazılıq və həmçinin şüuraltı idealizm haqqında danışır.

Barmaqları xırçıldatmaq vərdişi
Psixoloqların fikrincə, bu vərdiş daha çox kişilərə məxsusdur. Belə vərdiş daxili inamsızlıq haqqında danışır.

Etiketləri qopartmaq vərdişi
Bu vərdiş idealizm və perfeksionizm haqqında danışır. Bizim şüuraltımızda hamar və təmiz səth daha düz göründüyü üçün bunu edirik.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN