Xoşbəxtlik Nazirliyi Olan Ölkə

0
3206
Xoşbəxtlik Nazirliyi Olan Ölkə

Butan – rəsmi dövlət dini tantrik buddizm olan yeganə ölkədir. Bu səbəbdən də hökumətin əsas məqsədi hər bir vətəndaşını xoşbəxt etməyə yönəlmişdir. Dövlətin bu qərarı konstitusiyanın 9-cu maddəsində öz əksini tapmışdır.  24.08.2008 tarixində burada “İnsanların ümumi xoşbəxtlik komissiyası” (Gross National Happiness Commission) yaradılmış və ona rəhbər olaraq nazir təyin edilmişdir. Əhalinin qeydə alınması zamanı isə vətəndaşlara “Siz xoşbəxtsinizmi?” sualı verilir. 2005-ci ildə aparılan son siyahıya alma zamanı əhalinin 45,2%-i “çox xoşbəxt”, 51,6%-I “xoşbəxt” və yalnız 3,3%-i “çox da xoşbəxt deyiləm” cavabını vermişdi.

Maraqlıdır ki, ümumi daxili məhsulun ümumi qəbul konsepsiyası Butanda daha müvafiq bir indikator olan “Ümumi milli xoşbəxtlik” ilə əvəz edilmişdir. Bu “Xoşbəxtlik Nazirliyinə” sahib olan yeganə ölkədir və beləliklə, xoşbəxtlik milli siyasətin əsas istiqamətlərindən biridir.

Bu aclıq, müharibə, yoxsulluq və cinayətkarlıq bilməyən bir ölkədir. Burada heyvanları öldürmək qadağandır. Buna səbəb isə demək olar ki, bütün butanlıların vegeterian olmasındadır. Bundan əlavə burada kimyəvi gübrələrin tətbiq edilməsi də qadağan edilib və bu səbəbdən də ölkə yüksək ekoloji təmizliyə sahibdir.

 
Korrektə etdi: Salmanlı Ayna
 

ŞƏRH YAZIN