Yaşasın hesabsız qurulan dostluqlar!

0
2753
Yaşasın hesabsız qurulan dostluqlar!

 Yaxşı dostluqlar hesabsız qurulur.


Dostluq çinara bənzəyir. Meyvəsi olmasa da kölgəsi var..

Dostluq ucu-bucağı görünməyən bir səma.
Dostum isə o səmada günəşim, ayım, ulduzumdu.
Mənim dostum mənim anlamımdır.

Dostluğa dəyən bir dostluqdan əsla vazkeçmə. Nə əskik nə də artığını axtar. Səni üzənlə əsla vaxt keçirmə.

Dostluq unudulmayacaq qədər dərin, günah olmayacaq qədər məsum, ürəyin qədər yaxın və tək başına yaşanmayacaq qədər çətindir.

Dostluq göbələk yemək kimidir;zəhərli olub,olmadığını yedikdən sonra bilirsən...

Ən yaxın dostluq çox vaxt yanğınsöndürənlər və əsgərlərdə olur, çünki insan yalnız ölümlə üzləşdikdə əsl siması üzə çıxır.

Sevgi və dostluq bir gün yolda qarşılaşırlar.Sevgi özündən razı halda soruşur:
 
-Mən səndən daha səmimi, daha isti bir duyğuyam. Sən nəyə gərəksən həyatda ?
Dostluq isə cavabında özündən razı olan duyğuya deyir:
-Sənin arxanda buraxdığın göz yaşlarını silmək üçün ...
 
Qismət dedim gül keç dedilər,həyat dedim dəyər vermə dedilər, insan dedim 3 qəpiklik dedilər, bəs dostluq dedim dünyada tək həqiqət dedilər.

Güllər, lalələr, bütün çiçəklər solar. Polad və dəmir qırılar amma möhkəm dostluq nə solar nə də qırılar.

Deyirlər insan üçün çox ağırdı dostu itirmək..Deyirəm bəlkə onnan yaxşıdı dostluq etməmək?!

Dostluq sevgidən daha vacibdi...Çünki oğlan hər vaxt ata bilər, amma əsl rəfiqə heç vaxt!!!

Dünyada dostluqdan gözəl şey yoxdur, onsuz yer üzü sanki günəşdən məhrum olardı.

Təməlində dostluq olmayan bütün sevgilər qum üzərində tikilmiş malikanəyə bənzər.

Duşmeninden çox dostundan çekin ! Çünki dostluq bitse; Sene nece zerer vere bileceyini en yaxşı dostun bilir.

"Dostlarımla dost olanları çox sevərəm və onların dəyərlərini də, dostluqlarının dərəcəsiylə ölçərəm." Həzrəti Əli (ə)

ŞƏRH YAZIN