Yemişin faydaları

0
2717
Yemişin faydaları

Yay aylarının ən şirin, ən gözəl meyvələrindən biri olan yemiş, qoxusuyla insanı sakitləşdirir

 
Yeməkdən əvvəl yemiş yemək çox faydalıdır.Həzm orqnlarını təmizləyir və xəstəlikləri aradan qaldırır. 
 
Böyrəkdə olan qumların tökülməsi zamanı rahatlaşdırıcı və sakitləşdirici kimi məsləhət görülür. Böyrək - sidik kisəsi iltihabında yemiş tumu, qarpız tumu və xiyar tumu faydalıdır. 
 
Yemişin sidikqovucu xüsusiyyəti də var. Sidik yolu xəstəliklərindən şikayət edənlərə bol - bol yemiş yemələri tövsiyə edilir.
 
Yemiş qəbizliyi aradan qaldırır, babasil ağrıları zamanı təsirlidir.
 
Yemiş tumu qaynadılaraq içildiyində bəlğəm, burun tıxanması kimi tənəffüs yolu xəstəliklərinin aradan qaldırılmasına kömək edir.
 
Qaraciyər xəstələrində də yemiş tumunun suyu faydalıdır. Lakin gündə bir stəkandan çox içmək məsləhət deyil.
 
Sakitləşdirici təsiri ilə rahatlıq verir və yuxusuzluğa qarşı faydalıdır.
 
Dəriyə qulluq üçün də faydalı olan yemiş, əzilib soyuq südə qatıldıqdan sonra üzə çəkildikdə dərini nəmləndirir. Xüsusilə quru dərilərə çox faydalıdır.
 
Bədəni sərinlədir. Yanıqlara yemiş qoyulsa ağrını yüngülləşdirir və yaxşılaşmasını sürətləndirir.
 
Ət bişirərkən qabıqlarından bir parça əlavə edilsə, ət tez bişər.

ŞƏRH YAZIN