Beyinlər arasındakı fərq ...?

0
2601
Beyinlər arasındakı fərq ...?

 Çox insan qadın və kişi beyninin eyni qabiliyyətə sahib olduğunu düşünür. Amma sən demə, iki cinsin beyinləri arasındakı fərq böyükdür ki, balaca deyil.


Qadınlarda danışma bacarıqlarını istiqamətləndirən mərkəz beynin sol tərəfində yerləşir. Kişilərdə isə bu qabiliyyətlər beynin ön və arxa hissələrində dağılmış olaraq görülür. Bu səbəblə qadınların danışma qabiliyyətləri kişilərə görə daha inkişaf etmişdir. 
 
Qadın beyni yaxşı bir musiqiçi olmaq üçün çox əlverişlidir. Ahəngin təmin edilməsindəki yumşaqlıq qadın beyninin güclü xüsusiyyətlərindəndir.
 
Qadınlarda romantik reaksiyalar beynin hər iki yarımkürəsində meydana gəlir. Kişilərdə isə bu mərkəzlər yalnız sağ yarımkürədə var. Kişi bu səbəblə duyğularını daha çətin ifadə edə bilir.

Qadınlar turşa daha həssas, şirinlərə daha çox nisbətdə ehtiyac duyur. Kişilər isə duzlu maddələrə daha həssasdırlar.
 
Kişilər qadınlardan daha sürətli yaşlanarlar. 55 yaşındakı bir qadın fiziki gücünün 90%-nə malikdir. Halbuki eyni yaşdakı bir kişi gücünün yalnız 70%-nə malikdir.
 
Qadınlar xarici bir dili daha asan öyrənir, ana dillərini də daha yaxşı istifadə edirlər.
Kəkələmək kişilərdə daha çox görülür.

Qadınların eşitmə qabiliyyətləri daha inkişaf etmiş, səslərə qarşı daha həssasdır. Səs tonundakı çox kiçik dəyişiklikləri belə dərhal anlaya bilirlər.
 
Kişi beynində sağ və sol lobun arasındakı məlumat mübadiləsi təmin edən bölgə qadın beyninə nisbətən daha kiçikdir. Bu da məntiqli sol beyin ilə romantik sağ beyin arasındakı məlumat mübadiləsini qısaldır. Beləcə kişilər ümumiyyətlə gözlənilməz bir problem qarşısında loblardan birini istifadəyə meyl göstərirlər. Ya tam romantik, ya da məntiqli olurlar.

Bir hadisə qarşısında qadın hər iki lobun istifadə edə bilir. Həm məntiq, həm də duyğularını istifadə edərək daha tarazlı həll yolları tapa bilir.
 
Kişi beynində kosmos şəkil prosessoru daha böyük yer tutur. Kiçik yaşdan etibarən kişilər hərəkətli oyunları xoşlanırlar. Avtomobillər, top oyunları, söküb taxmaq, təmir etmək kimi işlərə uyğunluq göstərirlər. Maşın, tikinti kimi mühəndislik sahələrində daha çox kişi olmasının səbəbi də budur.

Qadın beynində dil prosessoru daha böyük yer tutur. Bu səbəbdən də, qız uşaqları daha erkən yaşlarda danışmağa, oxumağa və yazmağa başlayırlar. Məktəbdə inşa və izah etmə dərslərində kişilərə görə daha müvəffəqiyyətli olurlar. Telefonda danışmaq, bir yerə yığışıb söhbət etmək arzusu kişilərə nisbətlə daha çox olur.

Kişi beyni qadın beyninə nisbətən 10 qat daha çox testosteron hormonu ehtiva edir. Yetkinlik dövründə bu 20 qatına qədər çıxar. Bu hormon insanları daha səs-küyçü, hərəkətli, yerində dayana bilməyən, təcavüzkar, mübarizəçi edər.
 
Qadın beynində serotonin miqdarı daha yüksəkdir. Bu vəziyyət daha idarəli olmağı təmin edər. Bu səbdən də risk edən kişinin tarazlayıçısı olarlar.

ŞƏRH YAZIN