Onların Sirri Nədir?

0
4346
Onların Sirri Nədir?

-İşləyən bir insan gününün orta hesabla sadəcə 2 dəqiqəsini həyat yoldaşı ilə hər hansı mənalı söhbətə həsr edir.
-İşləyən bir insan gününün orta hesabla sadəcə 30 saniyəsini övladları ilə hər hansı mənalı söhbətə həsr edir.
-İşçilərin 80%-i bazar ertəsi günü işə getmək istəmirlər.Cümə gününə qədər bu rəqəm sadəcə 60%-ə enir.
-İnsan vaxtını idarə etmək üçün hər dəqiqədən bir təxminən  müxtəlif metoddan istifadə edir.
-İnsanın diqqəti orta hesabla hər 8 dəqiqədə bir 1 dəfə,saatda 7 dəfə,gün ərzində isə 50-60 dəfə yayınır və hər biri təxminən 5 dəqiqə çəkir.Bu isə ümumilikdə 4 saata bərabər olmaqla,normal iş gününün yarısını təşkil edir.Bu yayınmaların 80%-i tam əhəmiyyətsiz məsələlərə ayrıldığından,qətiyyətlə deyə bilərik ki,günümüzün 3 saatını boşuna sərf edirik.
-Maraqlı hesab etdiyimiz bir sahəni öyrənməyə gün ərzində 1 saat,həftədə 7,ildə 365 saat ayırsaq,3-5 il ərzində həmin sahə üzrə savadlı bir mütəxəssis ola bilərik.Sadəcə 1 saat ayırmaqla!
-Ölkədə kitabların 95%-i əhalinin 5%-i tərəfindən satın alınır.Özünüinkişaf məqsədilə alınmış kitabların 95%-i istifadəsiz qalır.
-Dağınıq iş masası olan şəxslər gününün 1.5 saatını ona lazım olan əşyaları axtarmaqla keçirir.
-Hər 10 insandan 9-u iclasda xəyala dalır.
-İclas iştirakçılarının 60%-i özünü dinləyirmiş kimi göstərmək üçün “qeydlər” götürür.
-Hər hansı bir işin edilməsini istəyirsənsə,onu məşğul bir insana həvalə et.
-1 saat ərzində işinizi planlamaqla,10 saatlıq işə qənaət edə bilərsiniz.
-Oxuduqlarımızın 10%-ni yadda saxlayırıq.Eşitdiklərimizin 20,gördüklərimizin 30,eşidib gördüklərimizin 50,dediyimizin isə 70%-i yadda saxlayırıq.Lakin bir işi görərkən onun 90%-i yadımızda qalır.
-“20/80” qaydasına əsasən,uğurumuzun 80%-ni 20% səylə əldə edirik.Geri qalan 20% uğura isə əlavə 80% səy sərf edirik.
-Vaxtını yaxşı idarə edən şəxslər vaxtlarını “tələb” edənlərə deyil,“layiq” olanlara sərf edirlər.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN