Zənginlərin Prinsipləri

0
3208
Zənginlərin Prinsipləri

1. İlk növbədə, bu suala cavab tapın: "Pul mənim üçün nədir?"

2. Arzularınızdan ibarət siyahı hazırlayın (sizdə zəngin olmaq istəyi yaradan 10 səbəbi müəyyənləşdirin). Siyahıdan sizin üçün daha böyük əhəmiyyət kəsb edən 3 arzunu seçin.

3. Şüuraltı dəstəkdən istifadə edin: "Arzular üçün mücrü" və "Arzular üçün albom".

4. Yüksək gəlir əldə etmək heç də bütün maddi problemlərin həll olunacağı mənasına gəlmir!

5. Heç nə sizi öz plan və ideyalarınızdan uzaqlaşdırmamalıdır. Özünüzü varlı həyatı yaşayan biri kimi təsəvvür etməyi öyrənin.

6. Hər zaman hər şey asan olmayacaq. Ətrafınızda sizi məqsədlərinizdən yayındırmaq istəyən insanlar olacaq. Bəzən bu insanlar sizin uzaq çevrənizdən deyil, ailə üzvləriniz və ya dostlarınız olacaq. Bu səbəbdən də hər zaman sizi yolunuzdan döndərməyəcək üsullara müraciət edin.

7. "Uğurlarınızdan ibarət siyahı" gəlirlərin artmasına səbəb olmaqla yanaşı, həmçinin uğurun əldə olunmasında əsas göstərici hesab olunan özgüvənin bərpa olunmasına köməklik göstərir.

8. Sevimli məşğuliyyətinizi peşənizə çevirməyə çalışın. Bununla siz daha çox gəlir əldə etməyə nail olacaqsınız.

9. Önəmli və təcili işləri bir-birindən fərqləndirməyi bacarın.

10. İstənilən planınızı reallaşdıran zaman ən önəmli qaydanı - 72 saat qaydasını unutmayın.

11. Borclardan azad olmağın 4 mühüm qaydası: kredit kartlarından uzaq durun, kreditlər üzrə minimal ödənişlər həyata keçirin, sərbəst vəsaitlərin 50%-ni ayıraraq kənara qoyun, 50%-ni isə  istehlak borclarının qaytarılmasına sərf edin, pulqabıya belə bir qeyd yerləşdirin: "Bu, mənim üçün həqiqətən də önəmlidirmi?"

12. Pullarınızı düzgün şəkildə idarə etməyi öyrənin.

13. Bank ilə əməkdaşlıq sizə uğur qazandıra bilər.

14. Pul qazanmaqla siz həyatınıza rəng qata və onu daha maraqlı edə bilərsiniz.

15. Pullar təklikdə "neytral" olsalar da, əslində xoşbəxtliklə sıx şəkildə əlaqəlidirlər.

16. Qorxularınıza qalib gəlməyi öyrənin. Bu yolda sizə uğurlarınızdan ibarət siyahı kömək edə bilər.

17. İnvestisiya klubunun yaradılması daha çox pul qazanmağın ən əsas üsullarından biridir. Sözügedən investisiya klubunun uğurlu işini təmin edəcək qaydalar isə bunlardır: ayda 1 dəfə iclaslar keçirilir, iclaslarda iştirak olduqca vacibdir, sərmayələr yalnız nağd şəkildə daxil edilir, fondun hesabındakı vəsaitə toxunulmur, bütün qərarlar kollegial şəkildə qəbul edilir.

18. Pul qazanmağın sehirli formulu: pullara qarşı sevginin və pul qazanmaq istəyinin olması, insanın özünə-ideyalarına inanması və bəyəndiyi işlə məşğul olması, pulların gündəlik xərclərə və uzunmüddətli planlara düzgün şəkildə sərf olunması, pulların düzgün şəkildə sərmayəyə yatırılması və bütün bu proseslərdən zövq almaq.

19. Pul qoyuluşu həyata keçirən zaman nəzərə almalı olduğunuz əsas qaydalar: pul qoyuluşu etibarlı olmalıdır, gəlir gətirməlidir və pulları idarə etmək asan olmalıdır.

20. Səhmlərin nə olduğunu və hansı formada gəlir (valyuta gəliri və dividendlər) qazandırdığını aydınlaşdırın. Səhmlərə pul yatırmazdan öncə diqqətli şəkildə düşünün.

21. Zaman-zaman komfort zonanızı tərk etməyə və nisbətən çəkindiyiniz-qorxduğunuz işlərin öhdəsindən gəlməyə çalışın.

22. İnvestisiya üçün optimal forma və strategiyanı öncədən müəyyənləşdirin.

23. İnvestisiya fondları etibarlı olmaqla yanaşı, həmçinin sizə daha çox gəlir qazandıra bilər. Etibarlı fondu seçməyin 3 meyarı mövcuddur: fondun fəaliyyəti 10 ildən az olmamalı və gəlirləri yüksək olmalıdır, seçdiyiniz fond irimiqyaslı beynəlxalq fond olmalıdır və fond yüksək reytinqə sahib olmalıdır.

24. Fondlara pul qoyuluşu həyata keçirmək əslində çətin bir proses deyil.

25. Fondda pullar mürəkkəb faiz qanununa uyğun olaraq artır.

26. Risk və gözlənilən gəlir arasındakı nisbəti müəyyən edin.

27. Beyninizdə faizlərin hesabını aparın.

28. Hətta məzənnənin ən aşağı həddə düşdüyü vaxtda belə, gəlir əldə etmək labüddür.

29. İnflyasiyanın sizin yatırdığınız əmanətlərə necə təsir edəcəyini müəyyən edin. İnflyasiyanın sizin ən yaxşı dostunuza çevrilməsinə çalışın.

30. Pul əslində həyatımızın bütün sahələrinə təsir edir. Unutmayın ki, pullara daha çox vaxt ayırmaqla, həyatınızı müsbət mənada dəyişə bilərsiniz.

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN