3 Rəqəminin Beyinə Təsiri – Neyromarketinq

0
2208
3 Rəqəminin Beyinə Təsiri – Neyromarketinq

"3" RƏQƏMİNİN BEYİNƏ TƏSİRİ – NEYROMARKETINQ

Beynin qərar vermək müddətinə təsir edən faktorların birindən danışaq. 

•"CNN, BBC, IBM": sözlərin baş hərflərindən ibarət olan məşhur şirkət adları.

•Roma imperatoru Sezarın məşhur "Gəldim, gördüm, məğlub etdim!" ifadəsi.

•"Kadilak, Byuik və Şevrole", Ceneral Motors şirkətinin istehsal etdiyi avtomobil markaları.

•Yaddaşlarda qalan "Yaxşı, Pis Və Çirkin" filmi.

•"Vanilli, Şokoladlı və Çiyələkli" Milkşeyk növləri.

•"Banana Republic, GAP və Old Navy": GAP şirkətinin markaları.

•"Qəfəs Tikinti Sistemləri".

•"Qızıl, Gümüş və Bürünc" medal alan olimpiada çempionları.

Bütün bunlarda yalnız bir ümumi nöqtə var. Bu ümumi nöqtə "3" rəqəmidir.

Üç sözdən ibarət bir ifadə; Eyni şeyin 3 dəfə təkrarı; Üç sözün baş hərflərindən ibarət olan ixtisarlar; Üç dəfə surə oxunması; Üç növ məhsul; Üç fərqli marka; Üç əsas xüsusiyyətlər; Üç fərqli qiymət variantları; Telefon nömrələrinin üç qrup şəklində yaddaşda saxlanılması və deyilməsi; Bunların hamısı beynin diqqətini cəlb edir, beynə təsir edir və ağlımızda qalır.

Bizim beynimiz yaradan tərəfindən əsasən həyatımızın və təhlükəsizliyimizin qorunması üçün hazırlanmışdır.

Həyatda, özümüzü qorumaq üçün, dəfələrlə fərqli seçimlər etmək məcburiyyətində qalırıq. Ümumi olaraq, təhlükəli bir vəziyyətdə alternativ bir variantımız yoxdursa, bunun bizim üçün çox təhlükəli bir vəziyyət olduğunu bilirik. Digər tərəfdən, beynimiz çoxsaylı variantları olduqda mürəkkəb hesablamalar aparmaq məcburiyyətində qalır. Halbuki beyin sağ qalmaq qərarında sürətli olmaq üçün qısa yollardan istifadə edir. 

Beyin düşünməyə başlayır: "Qarışıqlıq olarsa, mən yanlış seçim edə bilərəm və bu mənə zərər verə bilər". Bu, beynin az sayda variantları sevdiyini göstərir, ancaq çox variantları sevmir demək deyil. Üç variant,  bizə çox isti və ya çox soyuq, çox böyük və ya çox kiçik variantlardan qaçaraq doğru variantı seçməyə imkan verir. İnsan beynindəki bu qoruma mexanizminə girmək üçün, satış və marketinq qrupları hər şeyin içinə yerləşdirilən bu "üç" rəqəminin gücünü mütləq tanımalıdır. 

Məsələn, media ilə söhbət edərkən və ya təqdimat zamanı üç əsas nöqtəyə diqqət yetirməyinizi məsləhət görürəm. Bundan əlavə diqqət yetirdiyiniz nöqtələr olsa, sizi dinləyənlərin diqqətlərini və marağını itirə bilərsiniz. 

Müxtəlif məhsul və qiymət seçimlərini mütləq üç ilə məhdudlaşdırmağa çalışın. Üç rəqəminin gücünü başa düşən və onu marketinq və satış prosesinə daxil edən şirkətlər müvəffəqiyyət dərəcələrini əhəmiyyətli dərəcədə artıracaqlar. 

ŞƏRH YAZIN