Dumping nədir?

0
730
Dumping nədir?

Dumping – şirkət tərəfindən məhsul və yaxud xidmətin dəyərindən aşağı qiymətə satılmasıdır. Bir çox ölkələrin qanunvericiliyə əsasən, bu qiymət rəqabətində qəbuledilməz üsullardan biridir. Dumping şirkətlər və hətta dövlətlər tərəfindn bir neçə məqsədlər üçün istifadə edilir.


Burada ilkin məqsəd yeni bazarların ələ keçirilməsidir. Belə ki, dumping siyasəti polad, kənd təsərrüfatı məhsulları və s. ixrac edən ölkələr tərəfindən istifadə edilir. Bu adətən beynəlxalq ticarət prosesində baş verir və daxili istehsalatçıların dəstəyinin mütləqliyi ilə izah edilir.

İkinci məqsəd olaraq rəqiblərin sıradan çıxarılması göstərilir. Tutaq ki, şirkət müəyyən zərərləri gözə alaraq, öz məhsullarını dəyərindən aşağı qiymətə satır, digər şirkətlərin biznesini yararsız hala salır və nəticədə satışlardan müəyyən məblğ “ələ keçirərək” qiymətləri qaldırır və zərəri böyük gəlirlə tamamlayır. Adətən, şəbəkə pərakəndə şirkətləri bu üsula əl atırlar.

Üçüncüsü, dumping-dən dövlət iştiraklı banklar istifadə edə bilir. Adətən onlar daha aşağı faiz dərəcələri təklif edir və beləliklə, digər kommersiya xarakterli kredit təşkilatlarından müştəriləri özlərinə tərəf cəlb edirlər. Bununla yanaşı, bir faktı anlamaq lazımdır ki, dövlət iştiraklı banklar daha ucuz maliyyə resurslarına çıxışa sahibdirlər ki, bunların da təminatçısı qismində dövlət çıxış edir.

Ümumilikdə dumping qanunsuz hesab edilir və Beynəlxalq təcrübədə Dünya Ticarət Təşkilatı dumping-ə qarşı çıxış edir.
 

ŞƏRH YAZIN