5 Sözün Sehri!

0
3095
5 Sözün Sehri!

"PULSUZ"

Bu söz, həqiqətən, sehrli qüvvəyə malikdir. Məsələn, onun sayəsində kontekst reklam elanlarına klik sayı dəfələrə artır. Bu sözün işləndiyi istənilən mətn daha çox diqqət çəkir, nəinki işlənmədiyi mətnlər.

"ENDİRİM"

Bu fikrə tez-tez rast gəlmək olur ki, endirimlər daha üstünlük hesab olunmur və onlar, ümumiyyətlə, biznesi məhv edir. Amma fakt faktlığında qalır: endirimlər öz işini görür. Bir çox insanlar bir şirkəti digərindən məhz kampaniyalarına görə ayırır və onu seçir. İnternet mağazalarda onların rolu daha çox özünü biruzə verir.

"ASAN"

“Yeni KİA-da sərgüzəştlərə çıxmaq necə də asandır!  Və siz artıq özünüzü sıldırım qayalar arasında, hansısa təsadüf nəticəsində salınmış hamar asfalt üzərində şütüyən avtomobilin sükanı arxasında təsəvvür etdiniz. “Asan” sözü insana rahatlıq gətirir və bəzən hər hansı bir sifarişi gerçəkləşdirmək üçün katalizator rolun oynayır.
Məsələn: ... (müəssisə, bank, təşkilat) kredit sifariş etmək necə də asandır! 

"TƏSƏVVÜR EDİN"

Bu söz vasitəsi ilə biz elə təəssürat yaradırıq ki, müştəri artıq məhsulu alıb və artıq onu əllərində saxlayır. Məhsul artıq işləyir. Bu hissləri və duyğuları artıq təsəvvür etmək və parlaq mənzərələr yaratmaq mümkündür.

"Çünki"

“Çünki” bağlayıcısı güclü inandırmaq qabiliyyətinə malikdir. Bu zaman hər hansı səbəbi gətirmək o qədər də vacib deyil. Səbəbin olması özlüyündə artıq vacib hesab olunur. 
 
 
Vüqar Bağırov
 
 

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN