Birbaşa Marketinq

0
3393
Birbaşa Marketinq

Hər hansı bir vasitə istifadə etmədən,şirkətlərin mesajlarını birbaşa istehlakçılarına çatdırmasına birbaşa marketinq deyilir.Buna kanallar və ticarət ünsiyyəti (birbaşa poçt, e-mail, tele marketinq) daxildir.
Birbaşa marketinq,marketoloqlar tərəfindən tez-tez istifadə edilən üsullardan biridir.Ümumiyyətlə birbaşa marketinqin təsirləri marketoloqlar tərəfindən ölçülə bilir.
Birbaşa marketinqin 3 əsas ünsürü vardır:                                                                              
1.Birbaşa marketinq 2 tərəfli bir yöntəmdir.Bir tərəfində satış mütəxəssisi,digər tərəfdə müştəri.
2.Birbaşa marketinq müştəriyə münasibət bildirmə imkanı yaradır.Müştərinin münasibətini izləyir.Müştəri psixologiyasına uyğun addımlar atır və satışı həyata keçirir.
3.Birbaşa marketinqdə əlaqə hər yerdə ola bilər.Ya potensial müştəri satış məntəqsinə gəlir,ya da satış mütəxəssisi müştərini ziyarət edir.
Birbaşa marketinqi reallaşdıra biləcək arenalar mövcuddur.Bunların hər biri isə ayrı-ayrılıqda nəticə yönümlü olur.Məsələn,əgər şirkət əlindəki məlumat bazasında olan müştərilərinə edəcəyi kampaniyaya görə e-mail göndərərsə,göndərilən e-maillərə olan reaksiyanı rahatlıqla ölçə bilər.Bununla da,kampaniya başlamazdan qabaq təyin olunmuş hədəflərin nə dərəcədə uğurlu olub-olmayacağı təyin oluna bilər.
Digər kanallarda birbaşa istehlakçı reaksiyası almadığı üçün,kampaniyanı ölçmək olduqca çətindir.Birbaşa marketinq kanalları aşağıdakılardır:
Birbaşa poçt.
Tele marketinq.(telefon ilə)
E-mail marketinq.(E-mail marketing)
Səsli poçt Marketinq.
Kuponlar.
Televiziya üzərindən birbaşa marketinq.
Birbaşa satış.
Bunların hər biri özünə görə əhəmiyyətlidir.Eyni zamanda bu kanallardan alınan nəticələr də özünə görə fərqlidir.

 

Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN