İnsanlara təsir etmək və inandırmağın gizli üsulları

0
4390
İnsanlara təsir etmək və inandırmağın gizli üsulları

1. Freyminq

Bu taktika adətən siyasətdə istifadə olunur. Freyminqin ən məşhur nümunəsi – mmiras üzərinə vergidir. Miras vergisi əleyhinə çıxış edən siyasətçilər onu “ölüm vergisi” adlandıracaq. “Miras” sözünün əvəzinə “ölüm” sözünün istifadə edilməsi bütün mümkün xoşagəlməz assosiasiyaları oyadacaq.
Freyminq kifayət qədər – gözdən yayınan fənd hesab olunur. Amma siz emosional bəzəkli və çalarlı sözlərdən istifadə etməklə, məsələ “ölüm” siz asanlıqla insanları sizin nöqteyi-nəzərinizi qəbul etməyə inandıra bilərsiniz.
 
2.Əks-səda
Kimisə əks etdirmək, onu hərəkətlərini təqlid etmək deməkdir. Hərəkətlər praktiki olaraq hiss olunmaz, gözə çarpmaz ola bilər. Amma onlardan ən aşkarları – əl jestləri, irəli və ya arxaya əylilmələr, başın və qolların müxtəlif istiqamətləri hərəkətləridir. Biz hamımız bunları qeyri-iradi şəkildə edirik və əgər diqqət yetirsəniz öz hərəkətlərinizin ardıcıllığını da tuta bilərsiniz. Şəxsən özüm sınayıb, əmin olmuşam.
 
İnsanı necə təkrarlamaq (əks etdirmək) sözsüz ki aydındır, sadəcə bir neçə tövsiyəmiz vardır: çalışın ki, hiss edilməz şəkildə təqlid edəsiniz, insanın hərəkətləri ilə sizin hərəkətlər arasında 2-4 saniyə intervalını gözləyin.

3. Defisit
Bu taktikadan geninə-boluna istifadə edən reklamçılardır. Necə olmasından asılı olmayaraq imkanlar və fürsətlər insanları o zaman cəlb edir ki, onların sayı məhdud olsun və ya məhdud sayda insan üçün nəzərdə tutulsun.

Belə bir fəndi adi insana qarşı da müvafiq situasiyada kifayət qədər uğurla tətbiq oluna bilər. Amma daha vacibi odur ki, bu fənddən agah olduqda siz özünüz də ehtiyatlı dayanaraq, ayıq sayıq olacaqsınız. Ayaq saxlayıb fikirləşin ki, hər hansı bir məhsulun miqdarının məhdud olması sizə necə təsir göstərir? (Məsələn: “bu köynəkdən cəmi bir dənə qalıb”) Əgər məhsulun sayı çatmırsa, demək ona böyük tələbat var, elə deyilmi?

4. Qarşılıqlı mübadilə
Köhnə bir məsəl var: «Sizinlə necə rəftar edilməsini istəyirsinizsə, özünüz də insanlara o cür davranın…».

Kimsə bizim üçün nəsə edəndə, biz də özümüzü ona borclu hiss edir, eyni qaydada cavab verməyə çalışırıq. Ona görə də kiminsə, sizin üçün nəsə xoş bir şey etməsini istəyirsinizsə, nəyə görə ilk olaraq siz onun üçün xoş bir şey etməyəsiniz ki? İşgüzar sahədə siz təşəbbüsü ötürə bilərsiniz. Evdə isə – qonşunuza ət maşınını borca verirsiniz. Fərqi yoxdur, harada və necə, ən başlıcası – münasibətlərə başlamaqdır.

5. Tayminq (zamanın seçilməsi)
Adətən insanlar zehni cəhətdən yorğun olanda onlar daha söhbətə daha meylli və nisbətən mülayim olurlar. Kimdənsə razılaşmayacağını güman etdiyiniz bir şey haqda xahiş etməkdən öncə, daha münasib vaxtın yetişməsini gözləyin. Daha doğrusu həmin insanın əqli zəhmət tələb edən və onu yoracaq bir iş etməsini gözləyin. Siz iş gününün sonunda əməkdaşı işdən çıxışda yaxalaya bilərsiniz, ondan nə xahiş etməyinizdən asılı olmayaraq, çox güman ki, o sizə “Bununla sabah məşğul olaram” deyəcək.

6. Uyğunluq
Biz hamımız təhtəlşüurda davamlı, ardıcıl şəkildə hərəkət etməyə can atırıq. Bununla bağlı ən yaxşı nümunə satıcıların istifadə etdiyi texnikadır. Ticarətçilər sizinlə hələ danışıq apardığı zaman əllə salamlaşır, əlinizi sıxırlar. Əksər insanlarda “əl sıxmaq adətı” sövdənin əldə olunması, başa çatması ilə assosiasiya olunur. Deməli bunu sövdələşmə bağlanmamışdan öncə edən satıcı, sizinlə razılaşmaq baxımından daha çox şans əldə edir.

Bu fənddən istifadənin yaxşı üsulu – insanları müəyyən hərəkətə şüur işə qoşulana qədər meylləndirmək, təhrik etməkdir. Məsələn, əgər siz dostunuzla gəzir və kinoya getmək istəyirsinizsə, lakin o qərar verə bilmirsə, onda yaxşısı kinoteatr istiqamətində getməkdir, o qərar verənə qədər siz artıq kinoteatrın yanında olacaqsınız.

7. Axıcı nitq
Danışıq anında biz istər-istəməz qeyri əminlik ifadə edən nidalar və kəlmələrdən istifadə edirik, məsələn “eee” və ya “deməli”, “yəni” və s. ( bu sözləri parazit ifadələr adlandırmaq olar). Bu parazitlər istəmədən bizim haqqımızda elə təəssürat yaradır ki, sanki biz özümüzə əmin deyilik, özümüzə inanmırıq. Ona görə də nitqimiz inandırıcı alınmır.
Əgər siz inamlı danışırsınızsa, digərlərini inandırmaq sizə daha asan olacaq

8. Sürü instinkti
Biz hamımız digərlərinin ardınca getmək instinkti ilə doğulmuşuq. Nə qədər kədərli olsa da bu belədir. Biz həmişə hərəkətlərimizə istiqamət verəcək, bizim əvəzimizə qərar verəcək, bizim həyatımızı müəyyən edəcək insanlar axtarırıq. Biz həmişə təsdiqə, “xeyir-duaya” ehtiyac duyuruq. Bu instinktdən istifadə etməyin ən sadə və effektiv üsulu lider olmaqdır, onda insanlar sizin arxanızca getmək istəyəcək.

9. Dostlar və avtoritetlər
Rəğbət bəslədiyimiz, özümüz üçün ideal və avtoritet hesab etdiyimiz insanlara bizi inandırmaları üçün daha çox imkan və şans veririk. Biz onların arxasınca da böyük həvəslə gedirik. Bu fəndləri bildikdə, ümid edirik ki, onların sizə qurduğu tələlərə düşməyəcəksiniz. Həmçinin onları uğurlu şəkildə digərlərinə qarşı tətbiq etmək olar. Siz görəcəksiniz ki, insanların xoşuna gəlmək və onların avtoritetinə çevrilmək nə qədər asandır.
 

ŞƏRH YAZIN