Neyromarketinq

0
2740
Neyromarketinq

Neyromarketinq—neyro biologiyadan kommersiya məqsədilə istifadə edilməsidir. Neyromarketinqin əsas tapşırığı; istehlakçının marketinq qıcıqlandırıcılarına göstərdiyi reaksiyaları daha yaxşı anlamaq və beynin reaksiyalarını öyrənməklə marketinq metodlarının effektivliyini artırmaqdır. Mağazanı GPS cihazları ilə təmin etmək və yaxud mobil telefon məlumatlarından istifadə etməklə, insanların mağazalar üzrə necə hərəkət etdiklərini, onları hansı vitrinlərin maraqlandırdığını, hansı məhsullara daha çox zaman ayırdıqlarını aydınlaşdırmaq mümkündür.
Təqribən 50 ildən çox bundan əvvəl, diş məcunu istehsalı bazarına bir şəxs gəlir və heç bir xərc çəkmədən şirkətin gəlirini 40% artıra biləcəyini deyir. O, yüksək məbləğ qarşılığında öz təklifini səsləndirir: “Diş məcununun dəliyini böyük edin!”. Şirkət qablaşdırma üzərindəki dəliyi 5 millimetrdən 6 millimetrə qədər böyüdür. Bununla da, istifadə zamanı diş fırçası üzərinə 40% daha çox məcun düşmüş olurdu. Diş məcunu satışları artır, çünki məhsul çox tez bitirdi. Lakin heç kim bunun fərqinə varmadı. Biz qiymətlərə fikir verir, aydın olanı görmürük: şirkətlər eyni qiymətə daha az məhsul satmağa çalışır.
1930-cu ildə Betty Crocker brendinin sahibi -General Mills özünün piroq qatqılarının satışını artırmaq üçün marketinq dahisi Ernest Ditçerə müraciət edir. O şirkətə qatqılarda yumurta tozundan istifadə etməməyi məsləhət görür. “Qoy evdar qadınlar piroqa yumurtanı özləri əlavə etsinlər”.  Bu fənd işə yarayır və Betty Crocker-ə kommersiya baxımından uğurlu brendə çevirməyə kömək edir. Ditçer bu zaman xanımlara hər şey guya onlardan asılıymış kimi təəssüratını aşılamışdı.
 
İnanclar sənayesinin gücünü anlamaqla və onun həyatımıza olan təsirini anlamaqla marketinqin fəndlərini öncədən təyin edə və ona təslim olmaya bilərsiniz. 

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN