Insanın Dəyəri

0
3835
 Insanın Dəyəri

Həyat enişləri və yoxuşları ilə doludur.Ümidini və inamını  itirmək ən asanıdır.Bu kiçik hekayə bizə anladacaq ki,nə baş verir versin,biz həmişə bir şəxsiyyət olaraq dəyərliyik.

Tanınmış bir natiq əlində 20dollarla seminarına başladı.200 nəfərlik bir zalda o hamıdan soruşdu:”Kim bu dolları istəyir?”Əllər havaya qalxmağa başladı.O dedi:”Mən bunu sizə verəcəm,amma ilk öncə qoyun bunu edim”.O 20 dolları əlində əzməyə başladı.”Sizlərdən hansınız indi bu pulu istəyir” deyə soruşdu.Yenə əllər havaya qalxdı.”Yaxşı” dedi “Bəs belə etsəm necə olar?” O, pulu ayağının altına salıb ayyaqabısı ilə onu əzdi.
O pulu yerdən götürdü.Pul tamami ilə əzilmiş və çirklənmişdi.
“Hələ də bu pulu istəyən var?” soruşdu.Əllər yenə də havaya qalxdı.
“Dostlar,mən bu pula nə edimsə edim,siz yenə də onu istədiniz.Çünki o bununla özünün dəyərini itirmədi.Yenə də 20 dollar olaraq qaldı.
 
Həyatımızda çox vaxt biz verdiyimiz qərarlar nəticəsində yıxılırıq,əzilirik və çirklənirik.Ancaq nə baş verir versin ,sən yenə də öz dəyərini itirmirsən.Sən özünəməxsus bir insansan .Bunu heç vaxt unutma!
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN