Seçimlərimizin Önəmi

0
6648
 Seçimlərimizin Önəmi

Həyatdakı seçimlərimiz çox önəmlidi. Xoşbəxt olmağı seçsək xoşbəxt, bədbəxt olmağı seçsək bədbəxt ola bilərik.
Xoşbəxt olmaq və ya olmamaq bizim seçimimizlə bağlı bir şeydir. Uğurlu olub olmamaq da...
 
Bax bir uğur hekayəsi:
“Yoxsul bir ailənin oğlu olan Fred, atası tərəfindən tez-tez tənqid olunurdu və atası ona “işə yaramaz“ deyirdi. Fred isə bir gün çox varlı bir insan olacağı haqda fikirləşir və buna çox inanırdı. Yalnız bunu necə edəcəyini bilmirdi. Atası səfil bir insandı və o da səfil insan olmaqdan qorxurdu.
Fred bir şeyi çox yaxşı anlamışdı!
Gələn heç bir fürsəti qaçırmamaq! Bunun üçün çox diqqətli olmaq lazım idi. Fred bir gün bir uşaq kitabı yazdı. O, uşaqlıqdan bəri gördüyü şeylər haqda bir nağıl yaradırdı. 10 nağıldan ibarət kitabını bitirdikdə onu nəşrlər evinə verdi. Bir ilə yığdığı bütün pulunu bu işə qoydu. Kitab nəşr olundu və minlərlə kitab satıldı. Fred indi məşhur bir uşaq nağılı yazıçısıdı və dəniz kənarı villa sahibidir.”
Fred bu hekayədə varlı və xoşbəxt olmağı seçdi. Yoxsul və xoşbəxt olmağı da seçə bilərdi. Varlı və bədbəxt olmağı da...
Həyatda bu belədir. Nə istəyiriksə, həytımızı o cür qururuq.
 
Tərcümə etdi: Əsgərli Səmra
 

ŞƏRH YAZIN