Sevinc Halqası

0
4461
 Sevinc Halqası

Bir kəndli adam bir gün kilsənin qapısını döyür.Qapını açan rahibə o bir salxım gözəl üzüm verir.

-Qardaş,bu mənim üzüm bağımda yetişən ən gözəl üzümdür.Onu sizə hədiyyə olaraq  gətirmək üçün gəlmişəm.
-Təşəkkür edirəm,mən onu baş rahibə verəcəm.O,bu hədiyyəni görsə çox sevinəcək.
-Yox,mən onu sənin üçün gətirmişəm.Nə vaxtsa mən bu qapını döysəm sənin onu mənə açmağın üçündür.Mənim məhsulum quraqlıqdan məhv olmuşdu,onda mənim yardıma ehtiyacım olanda sən mənə hər gün bir dilim çörək və bir badə şərab veriridin.
Rahib üzümü götürdü və bütün səhəri ona heyranlıqla baxmaqla keçirtdi.Və sonda üzümü baş rahibə hədiyyə etməyə qərara verdi.Çünki o onu həmişə ağıllı söhbətləri ilə ruhlandırırdı.Baş rahib bu hədiyyədən çox mənmun qaldı.Və onun yadına kilsədə qalan xəstə bir qardaşı düşdü və fikirləşdi.”Mən üzümü ona verəcəm,qoy həyatına bir az sevinc gəlsin”.O dediyini etdi.Ancaq üzüm kilsənin o otağında da uzun müddət qalmadı.Adam fikirləşməyə başladı.”Aşpaz uzun müddətdir ki,mənim burda qayğıma qalır,məni ən dadlı yeməklərlə yedizdirir”.Bu hədiyyə ona çatsa çox sevinər.Aşpaz üzüm salxımının gözəlliyinə heyran qalmışdı.Və o da fikirləşdi.Burda bu gözəl üzüm salxımının dəyərini məzarçıdan başqa heç kəs bilməz.Kİlsədə çox adam onu müqəddəs hesab edir.O təbiətin bu möcüzəsini daha yaxşı dəyərləndirəcək.
O da öz növbəsində onu gənc rahibliyə namizəd olan birinə vermək istədi.Beləliklə o başa düşər ki,Allahın  Yaradılan hər şeyin ən xırda detalında belə işi var.Gənc namizəd bu  hədiyyəni alanda   kilsəyə ilk gəlməyini və ona qapını açan şəxsi xatırladı.Bu elə jest idi ki,ona bu birliyə qoşulma  şansı vermiş və həyatın möcüzələrini necə öyrənməyi bilmişdi.Və beliklə də gecə düşəndə gənc rahib üzümü götürdü və onu rahibə verməyə getdi.”Ye və onun dadından zövq al”dedi.”Bu ona görədir ki,sən vaxtının çoxunu burda tək keçirirsən və bu səni xoşbəxt edər”.
 
Rahib başa düşdü ki,bu hədiyyə həqiqətən ona nəsib imiş.Yuxuya getməzdən əvvəl hər üzüm dənəsinin yeyərək dadını çıxartdı.
Beləliklə halqa bağlandı;həmişə ən yaxşı insanlar ətrafında parlayan xoşbəxtlik və sevinc halqası var.Bir xeyirli əməl digər xeyirli əməl üçün bağdır.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN