Asqıdakı Dəyişim

0
5111
Asqıdakı Dəyişim

Aysel ilə Nigar söhbət edirdi. Nigar bacısı kimi sevdiyi Ayselə belə dedi:
- Mən dəyişmək istəyirəm. Amma necə edəcəyimi bilmirəm.
- Heç xəyalını qurduğun bir paltar olub?
- Əlbəttə olub!  Hər gənc qız gözəl bir paltar xəyal edər.
- Necə bir şey xəyal etmişdin? Təsəvvür edə bilərsən?
- Çəhrayı, uzun bir paltar xəyal etmişdim. Üstündə kiçik - kiçik sarı və ağ çiçək naxışları olan... Bir bahar günü ailəmlə gəzintiyə getmək, çəmənlərdə o paltarla qaçmaq istəmişdim.
- Yaxşı bəs sonra nə oldu? O paltarı əldə edə bildinmi? Yəni tikdirdinmi? Və ya aldınmı?
- Əslində xeyli müddət xəyal olaraq qaldı. Yəni onu tikdirmək ya da satın almaq üçün xüsusi bir səy göstərmədim.
- Bəs sən o paltarı istəmirdin? 
- İstəyirdim, amma deyəsən o qədər güclü bir istək deyildi. Ancaq sonra bir film izlədim. Bir qız mənim xəyal etdiyimə bənzər bir paltarla nişanlısı ilə çəmənlikdə gəzirdi. O zaman belə bir paltar istədiyimə qərar verdim.
 - Sonra onu tikdirməyə getdin?
 - Xeyr,  əvvəlcə mağaza - mağaza axtardım. Tikdirməyin  bahalı ola biləcəyini düşünürdüm. Mərkəzdəki bütün mağazaları gəzdim; amma xəyalımdakına bənzər bir paltar tapa bilmədim. Anama “ Mənə belə bir şey tikər bilərsənmi?! “ dediyimdə  “ Parçanı  gətir tikərəm. “ dedi. Ancaq məndə parçanı axtaracaq enerji də qalmamışdı. Yazda bir mağazada paltarı tapdım. Lakin o  çox dar idi. Bir bədən ölçüsü kiçiləcək qədər kilo atmaq lazım idi. Payızın əvvəlləri axtrdığım paltarı istədiyim naxışlarda və bədəndə tapdım. Bu dəfə isə tam mən alacaqkən mağazadakı bir başqa müştəri mənimlə eyni anda paltara talib oldu. Mövsüm sonu olduğu üçün olduqca ucuz olan paltarı o da almaq istəyirdi. Mağazadakı satıcı, digər alıcının məndən əvvəl gəldiyini və almaq hüququnun onun olduğunu söylədi. Mən də digər müştəriyə, bütün bahar və yay bu paltarı axtardığımı və onu almaq istədiyimi bildirdim. O da mənə, beş ildir ki, belə bir paltar axtardığını söylədi. Amma bir təklif etdi. İstəsəm paltarın məbləğinin beş qatını ödəyərək paltarı ondan ala bilərəm.
- Sonra nə oldu?
- Onun təklifini qəbul etdim. Amma məndə o qədər pul yox idi. Bir miqdarını əvvəlcədən ödədim. Çalışdığım yerdən həftəliyimi alan kimi qadından paltarı aldım.
Yaxşı, bəs paltarı geyinə bildin mi?
 - Paltarı uzun müddət geyinə bilmədim. Çünki heç gəzintiyə getmədik. Amma sonunda geyinə bildim. Nişanlandım və tam xəyalımdakı kimi bir gündə ailəliklə gəzintiyə getdik.
- Dəyişmək istəyirəm deyirdin. Əslində dəyişmək üçün  nə istədiyinə qərar vermək lazımdır. Yəni fikrindəki  paltarın xəyalını qurar kimi dəqiqliyi ilə nə istədiyini tapmaq lazımdır. Paltarı xəyal etmisən amma istəməmisən. Bir çox insan dəyişməyi yalnız ağlından keçirir; amma istəmir. Nə zaman ki, o filmi izləmisən, paltarı artıq istəməyə başlamısan. Həqiqətən dəyişməyi istəyənlər dəyişə bilər. Sənin mağaza - mağaza axtarışın kimi, dəyişə bilmək üçün davamlılığı olan bir səy lazımdır. Sən evdə oturaraq o paltarı tapa bilməzdin. Heç bir şey etmədən insan dəyişə bilməz. Üstəlik paltarı tapmaqla da iş bitmir. İlk tapdığın paltar sənə xitab etməmişdi. Dəyişim üçün seçdiyin şəkil sənin ruh halına, mədəniyyətinə, xarici və daxili aləminə uyğun olmalıdır. Yəni kənddə böyümüş birisindən aristokrat; aristokratdan da kəndli olmaz; amma ikisindən də şəhərli olar. Paltarı tapmaq da yetmir. Ona sahib ola bilmək üçün son dəfə bədəl ödəmək lazımdır. Pulunu ödəmək lazımdır. Sonra sahib olduğun paltarı dərhal geyinməmisən. İnsan bəzən fərdi anlanmada dəyişilir amma istifadə müddəti gəlincə hərəkətə keçə bilir. Eynilə sənin ailənlə gəzintiyə gedəcəyin günün gəlməsini gözləmən kimi.
   
Tərcümə etdi:  Nərgiz Oqtayqızı

ŞƏRH YAZIN