Bazar Günü

0
3309
Bazar Günü

 

11 yaşlı Kamil yazır: “Əziz qardaş, anam bir ay öncə bazar günü ingilis dili danışıq kursuna getdi.Anam əvvəlcə “mən orada necə danışaram” deyə qorxurdu amma bir rəfiqəsi “gəl çünki danışmaq məcburiyyətində qalmadan insanlar ingilis dilində danışmır” dedi. Anam da qorxusuna baxmayaraq kursa getdi. Bu kurs onun həyatında yeni bir başlanğıca səbəb oldu.Danışıq kursunun hobbi dərsində mövzu “uşaq üzü boyamaq” imiş. İnternetdən tapdıqları şəkillərlə uşaq üzü boyamağı addım addım öyrəniblər. Sonra anam mağazadan üz boyama vasitələri alıb. Anam bu vasitələrin  kimyəvi tərkibli olduğu bildiyi üçün ən keyfiyyətli və insan sağlamlığına zərərli olmayanları seçmişdi.

Bazar ertəsi, anam məndən “Sənin üzünü boyayaq?” deyə soruşdu. Mən də “Necə yəni?” dedim, “səni pələng üz edəcəyik” dedi. “Əla!” deyərək qışqırdım. Mən dərhal üzümü boyayacaq deyə gözləyərkən, anam kompüteri açdı və birlikdə üz boyama saytlarındakı nümunələrə baxdıq. Anam bir kəpənək bəyəndi amma mən nümunələrdəki pələngi seçdim və anamdan bunu boyamasını istədim.Sonra anam kağız götürdü və mənim üzümdə çəkməzdən əvvəl “gəl birlikdə əvvəl kağıza çəkək və kağıza çəkərkən təcrübə qazanaq” dedi. Birlikdə oturub ustalaşana qədər dəfələrlə pələng şəkli çəkdik. O qədər ki, artıq şəkillərə baxmadan bir pələng çəkə bilirdik. Əslində bu işin bir sırası varmış. Əvvəl fon rəngini, sonra yanaqları, sonra ağzı, ondan sonra da bığlar çəkilirmiş. Sırası doğru olmazsa, boyama tam olmurmuş. Əlimiz xeyli ustalaşdığı halda, anam içəridən iki dənə şar gətirdi və şarları şişirdikdən sonra “gəl boyayaq” dedi. Birinci şarı mən tutdum, anam boyadı. İkinci şarı isə anam tutdu və mənə “gəl boya” dedi. Səhv edərəm deyə bir az narahat idim amma yaxşı boyadım. Artıq sıra mənim üzümə gəlmişdi. Anam dörd-beş dəqiqə içində boyama işini bitirdi və mən artıq pələng üz idim. Anamdan icazə alıb məhlədəki dostlarıma gösdərdim. Hamısı çox bəyəndi. “Biz də istəyirik” dedilər. Dostlarım bizim evə gəldi və anama yalvarmağa başladılar. Anam 5 uşağın üzünü boyadı. Artıq biz pələng ailəsi olmuşduq. Bir yoldaşımız gözləməyincə “istəsən mən boyarım” dedim və onun üzünü mən boyadım.
 
Anam atamın yardımı ilə internetdə bir sayt yaratdı. Tanışlarına “ ad günü tədbirlərinə uşaq üzü boyanır “ başlıqlı  elektron məktub göndərdi. Anamın kiçik amma əyləncəli işi olmuşdu. Bəzən axşamları, bəzən həftə sonları mənimlə birlikdə uşaqların doğum gününə gedib pul qazanmağa başladı.
 
Bu hadisədən nə öyrəndim? Ailəmlə bazar günü bir fəaliyyətlə məşğul olmaqla çox şey öyrənə biləcəyimizi öyrəndim. Eyni zamanda  anam artıq onu hansı fəaliyyətə dəvət etsələr dərhal gedir. Çünki ingilis dili danışıq kursundan özünüzə çox əyləncəli  iş qazanmışdır deməli haradan nəyin gələcəyi bəlli olmur.Bəzən həftə sonları yoldaşlarımın üzlərini boyayıram. Kim bilir böyüyəndə bəlkə mən də uşaqlara dair işlərlə məşğul olaram. İnsan hərəkətdə olmalı, düşünməli və inkişaf etməlidir.  Və unutmadan bazar günü evdə oturanlar yerində sayır, irəli addımlayanlar qazanır.
 
 
 
TƏRCÜMƏ ETDİ:  NƏRGİZ OQTAYQIZI

ŞƏRH YAZIN