Hər Zaman Cəhd Et, Cəsarətli Ol

0
5315
Hər Zaman Cəhd Et, Cəsarətli Ol

Kral ətrafında olan güclu və ağıllı insanları vəzifə vermək üçün sınamaq istədi.Kral onları bu günə qədər görüb görəcəkləri ən böyük qapının önünə gətirərək belə dedi : "Sizin kimi ağıllı və güclü insanları toplamaqda məqsədim var.Mənim bir problemim var və hansınızın bunu həll edə biləcəyini görmək istəyirəm. Burada krallığımdaki ən böyük və ən ağır qapını görürsünüz. Hansınız bunu aça bilərsiniz?"

Saray mənsublarından bəziləri aça bilmərik deyər  başlarını yelləmişdi. Digərləri, ətrafındakılara görə daha ağıllı sayılanlar, qapını daha yaxından araşdırmış, lakin onlar da aça bilməyəcəklərini qəbul etmişlər. Bu ağıllı insanlar belə söyləyincə saraylılar problemin həll edilə bilməyəcək qədər çətin olduğun haqda birliyinə gəlmişlər.
Yalnız bir vəzir qapının yanına gedərək onu  bir nəzərdən keçirmiş və əlləri ilə onu açmağı yoxlamış, açmaq üçün müxtəlif yolları sınamış, ən sonunda qüvvətlə itələdiyində ağır qapı açılmış. Məgər qapı onsuz da tam bağlı deyilmiş və açmaq üçün sınaq istəyi və cəsarətlə davranmaq və cəsarətindən başqa bir şey lazım deyilmiş.
 
Kral vəzirə belə dedi: "Yalnız gördüyün və eşitdiyinə fikir vermədən , öz gücünü işə saldığın və sınadığın üçün saraydakı vəzifəni sən alacaqsan."
 
 
 
Tərcume etdi: Bəsti Mehraliyeva

ŞƏRH YAZIN