Əsl Dost

0
5819
Əsl Dost

Birinci Dünya Müharibəsinin ən dəhşətli döyüşlərindən biri idi.Bir əsgər  uzun müddətdir dostluq etdiyi digər əsgər yoldaşının döyüşə düşdüyünü gördü.Başının üstündən dayanmadan güllələr vıjıltı ilə xəndəyə düşürdü.Əsgər letenantdan xəndəklərin arası ilə düşmən ərazisinə keçib dostunu gətirməyi xahiş etdi.

“Sən gedə bilərsən”leytenant dedi.”Ancaq mən fikirləşmirəm ki,bunun nəsə əhəmiyyəti olacaq.Sənin dostun çox güman ki ölüb və sən öz həyatını təhlükəyə atmış olacaqsan”.Leytenantın məsləhəti heç bir əhəmiyyəti olmadı,əsgər ordan getdi.Xoşbəxtlikdən o dostunun yanına gəlib çata bildi.Dostunu çiyninə aldı və onu bölüyə doğru apardı.Xəndəyin aşağısına çatanda onların ikisi də yıxıldı,leytenant yaralı əsgəri yoxladı və mehribanlıqla onun dostuna baxdı.
- “Mən  dedim axı bunun heç bir əhəmiyyəti olmayacaq” o dedi”Sənin dostun ölüb və sən özün də ölümcül yaralısan”.
- “Yox,bunun əhəmiyyəti vardı,cənab” əsgər dedi.
- “Sən nəyi nəzərdə tutub deyirsən onun əhəmiyyəti vardı?”leytenant cavab verdi.”Sənin dostun ölüb”.
- “Bəli,cənab” əsgər cavab verdi.”Bunun əhəmiyyətli olması ona görədir ki,mən onu götürəndə o hələ sağ idi.Mənim üçün onun “Cim...bilirdim ki,gələcəksən”deməyi kifayət idi.
 
Çox vaxt həyatımızda çox şeyləri etməyimizin əhəmiyyəti olur ya olmur.Bu sadəcə bizim ona necə baxmağımızdan asılıdır.Bütün cəsarətini topla və ürəyinin səsi sənə nə deyir onu et.Sən heç vaxt onu həyatında gec etmədiyin üçün peşman olmayacaqsan.Qoy sizlərdən hər birinizin Əsl Dostu olsun.Əsl dost dünya belə sənə qarşı çıxanda, sənlə,sənin yanında olan insandır.Müharibə onu müəyyən etmir ki,kim haqlıdır.Müharibə onu müəyyən edir ki,kim sonda tərk edir.
 
Tərcümə etdi:Ülviyyə Salahova
 

ŞƏRH YAZIN