Gələcəyini Bilirdim

0
8108
Gələcəyini Bilirdim

Müharibənin ən qızğın günlərindən biriydi. Əsgər bir az qabaqda cəbhə dostunun qanlar içində yerə yıxıldığını gördü.Bir saniyə belə səngərdən çıxmağın mümkün olmadığı, güllələrin yağış kimi yağdığı bir zamanda özünü səngərdən çölə atmaq istərkən, dostu onun çiynindən tutub geri çəkdi.

- Dəli olmusan? Getməyə dəyərmi? Baxsana, dəlik-deşik olub. Ölüb. Artıq onun üçün heç nə etmək olmaz. Boş yerə öz həyatını da təhlükəyə atma. 
Fəqət, əsgər yoldaşını dinləmədi. Tez səngərdən çölə atılıb, güllə yağışı altında özünü dostuna çatdırdı. Onu çiyninə alıb, geri döndü. Birlikdə səngərin içərisinə yuvarlandılar. Amma, cəsur əsgər yaralı dostunu qurtara bilmədi. Səngərdə qalan dostu dedi:
- Sənə dedim ki, getməyə dəyməz. Özünü də hədər yerə təhlükəyə atdın. 
- Dəydi - gözləri dolan əsgər dedi - dəydi...
- Necə dəydi? Bu adam ölüb, görmürsən?
- Yenə də dəydi...onun yanına çatanda hələ sağ idi. Onun son sözlərini eşitmək mənim üçün dünyalara dəyərdi. Və hıçqıraraq həlak olmuş dostunun son sözlərini dedi: Gələcəyini bilirdim...gələcəyini bilirdim   
 
Nəticə : Güvən vermək vacibdir. Etimad göstərmək vacibdir. Duyulan güvəni boşa çıxarmamaq daha da əhəmiyyətlidir. "Hər səhər Afrikada bir ceyran oyanır. Ən sürətli aslandan daha sürətli qaçması lazım olduğunu bilir, yoxsa öldürüləcəkdir. Hər səhər Afrikada bir aslan oyanır. Ən sürətli ceyrandan daha sürətli qaçması lazım olduğunu bilir, yoxsa ac qalacaqdir. Aslan və ya ceyran olmağınızın fərqi yoxdur. Günəş doğanda qaçmağa başlasanız yaxşı olar. Afrika atalar sözüdə deyilir; Çox işləmək, əmək etmək, güvən vermək, sevmək və paylaşmaq həyatın mənalı olmasını təmin edir. Hər səhər oyananda bir də dünyaya bu tərəfdən  baxaq . Unutmayın, həyat uzun bir hekayəyə bənzəyir. Ancaq hekayənin uzun olması deyil, yaxşı olması vacibdir
 
Tərcümə etdi : Bəsti Mehraliyeva

ŞƏRH YAZIN