Güzgüyə Baxış

0
10442
Güzgüyə Baxış

Bir gün şirkətin bütün işçiləri səhər işə gələndə qapıda belə bir yazı ilə qarşılaşdılar,onun üzərində bu sözlər yazılmışdı;"Dünən bu şirkətdə sizin irəli getməyinizə mane olan şəxs öldü.Biz sizi idman zalında təşkil edilən dəfn mərasimində iştirak etməyə dəvət etdik". Onlar əvvəlcə həmkarlarından olan bu adamın ölümünə kədərləndilər.Ancaq sonra onlar bir-bir maraqlanmağa başladılar ki,görəsən həmin şəxs kimdir ki,həm onların, həm də şirkətin irəli getməsinə mane olub.İdman zalında elə bir izdiham vardı ki,hətta təhlükəsizlik işçilərinə də onu idarə etmələri tapşırılmışdı.İnsanlar tabuta yaxınlaşdıqca,həyəcan da artırdı.Hər kəs fikirləşirdi:"Kimdi axı o insan ki,mənim irəli getməyimə əngəl törədib.Axır ki,ölüb".İşçilər bir-bir tabuta yaxınlaşıb içinə baxanda sanki lal kimi dilsiz olurdular.Onlar tabutun yanında heyrət içində dayanırdılar.Sanki kimsə onların qəlblərinin ən dərin yerinə toxunmuşdu.Tabutun içində güzgü vardı.Hər kəs ona baxan kimi özünü görürdü.

Həmçinin güzgüdə də belə bir qeyd vardı;"Sizin inkişafınızı məhdudlaşdıran yalnız bir insan var.O da SİZsiniz".Sənin həyatında inqilab edə bilən yeganə insan sənsən.Sənin xoşbəxtliyinə,sənin uğuruna,sənin azadlığına təsir edə bilən yeganə insan sənsən.Özünə yardım edə bilən yeganə insan sənsən.Sənin müdirin,sənin dostların,sənin həmkarların,sənin iş yerin dəyişsə də sənin həyatın heç vaxt dəyişməyəcək.Sənin həyatın sən dəyişəndə,sənin inancların dəyişəndə,sənin anlamağın dəyişəndə dəyişəcək.Həyatın üçün yeganə məsuliyyət daşıyan insan elə sən özünsən.Sən ən vacibi özünlə əlaqə qurmağı bacarmalısan.
 
Nəticə:Dünya güzgü kimidir;o, bizə inandığımız fikirlərin əksini ötürür.Dünya və sənin inamların tabutdakı güzgü kimidir.O, hər bir şəxsə onun ölümünü təsvir etməyi,xoşbəxtliyini və uğurunu yaratmağı göstərir.Bu fəqlilikləri yaradan sənin həyatda üzləşdiyin yoldur.
 
Tərcümə etdi:Ülviyyə Salahova
 

ŞƏRH YAZIN