Həqiqi Qaliblər Heç Vaxt Vaz Keçməyənlərdi

0
6708
Həqiqi Qaliblər Heç Vaxt Vaz Keçməyənlərdi

Bu hekayə çox dəhşətli bir sınaqdan çıxan qızın həyatı haqqındadır.Sən bu hekayəni oxuyanda anlayacaqsan ki,öz həyatında olan sınaqlar bu qızın həyatında olan sınaqlarla müqayisə edilməyəcək dərəcədədir.

2000-ci il 11 sentyabr idi.11 yaşlı qız dayısı ilə su çıxarmağa gedirdi.Yol boyu gedərkən 4 kişi ilə qarşılaşırlar.Onların əlində böyük bıçaq vardı.Onlar onun dayısına üzü aşağı yerə uzanmağı əmr etdilər və arxadan onun boynunu kəsib öldürdülər.Balaca qız şok içində idi və biləndə ki,onlardan biri qonşularıdır daha da qorxdu.O,qaçıb canını qurtarmaq istəyirdi ,ancaq arxadan biri onu səslədi.O ağlayırdı:”Məni öldürməyin.Mənə rəhminiz gəlsin”.Ancaq o 4 kişi onu dinləmədi.Biri arxadan hucüm edərək onun boynunu yaraladı.Qız yerə yıxıldı və huşunu itirdi.O ayılanda çoxlu qan gördü.O həmçinin yanında kişilərin ayaqlarını da gördü,ancaq özünü ölülüyə vurdu.Kişilər çıxıb gedəndə qız evlərinə doğru qaçmağa başladı.Ancaq yol boyu o gördü ki,onun iki əli də yoxdu.Çünki kişilər onun əlini kəsmişdilər.O ağlayırdı və qaçmağa da davam edirdi.
Bəzən o huşunu itirirdi və yerə yıxılırdı.Ancaq yenidən özünü toparlayırdı və qaçmağa davam edirdi.O,evlərinin yaxınlığına çatanda anasını çağırdı.Anası qızını görəndə qorxudan qışqırdı.O qan içində olan uşağını ədyala bükdü və xəstəxanaya apardı.
Burda da bir problem vard;Onun evindən hələ şose yoluna 12km-lik yol vardı və bu da 4 saat çəkirdi.
Onlar xəstəxanaya çatanda həkimlər anaya dedilər ki,qız öləcək.Ancaq düz 5 saat onu əməliyyat etdilər.Onun boynunda və kürəyində olan bıçaq yaralarına 25 tikiş vuruldu.Qız birtəhər xilas oldu,ancaq əvəzində iki əlini də itirdi.Zarafatyana növbəti günü qızın ikinci ad günü kimi qeyd ediridlər.Onun indi 12 yaşı vardı.
Ancaq faciə bununla da bitmədi.Onlar evə qayıdanda gördülər  ki,evləri talanıb.Ev talanmağı ilə bərabər yandırılmışdı da .
Çox kasıb vəziyyətdə qalan qızın ailəsinin hələ üstəlik xəstəxanaya da borcları vardı.Ancaq Tanrı onlara yardım sevər mələklərini göndərdi.Çox uzaq qohumları onların xəstəxana xərclərini də ödədi və oğruların məhkəməyə verilməsinə kömək etdi.Onlar həbsxanaya göndərildilər.
 
Bu inanılmaz möcüzə idi.Bir yerdə qalmaq əvəzinə o qız ancaq irəli getdi.Allaha iki əli də olmadığı üçün şikayətlənmək əvəzinə,sənin beynini ürkədəcək dərəcədə biləklərində inanılmaz formada istifadə edir.İndi o,çox zəhmətkeş birisidir.Fiziki qüsurlu uşaqlar üçün olan məktəbdə tərbiyəçi kimi tanınır.
2008-ci ildə o,Otel və Restoran İdarəetməsini qurtardı.O,həmçinin İncəsənət və Əl işlərinə görə Qızıl medalla da təltif olunub.
2011-ci ildə o,aşpazlıq peşəsini qurtardı.Bəli,aşpaz əlləri olmadan.
Məqsədinə çatmaq üçün bu xanımı heç nə yolundan saxlaya bilmədi.
 
HƏQİQİ QALİBLƏR HEÇ VAXT VAZ KEÇMƏYƏNLƏRDİR!
 
Tərcümə  etdi :Ülviyyə Salahova  

ŞƏRH YAZIN