Münasibət Üçün Əlindən Gələni Et

0
3425
Münasibət Üçün Əlindən Gələni Et

Oğlan və qız birlikdə oynayırdılar.Oğlan balaca şarlar toplayardı.Qızın isə özü üçün konfeti vardı.Oğlan qıza dedi ki,o bütün şarlarını qıza verməyə hazırdı.Əgər qız əvəzində ona konfetini verərsə.Qız razılaşdı.Oğlan böyük və gözəl  şarları bir kənara qoyub qıza qalanlarını verdi.Ancaq qız söz verdiyi kimi bütün konfetlərini ona verdi.

Həmin gecə qız çox rahat yatırdı.Ancaq oğlan yox.Onu maraq götürmüşdü ki,görəsən onun şarları gizlətdiyi kimi qız konfetin qalan hissəsini harda gizlədib.
 
Nəticə:Əgər sən hər hansısa münasibətə bütün səmimiyyətin və qəlbinlə yanaşmasan,sənin içində həmişə şüphə qalacaq.Görəsən qarşındakı insan da bunu edirmi deyə?!
 
Bu sevgi,müdir-işçi və s. Istənilən münasibətlər üçün keçərlidir.Etdiyin hər şeyə bütün qəlbini ver və rahat yat.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN