Öz Axarına Burax

0
6636
Öz Axarına Burax

 

Bir gün Budda bir şəhərdən digər şəhərə özünün bir neçə şagirdi ilə səyahət edirdi.Onlar gəzərkən bir gölün kənarından keçirdilər.Bunu görən Budda istirahət etmək istədiyini dedi və orda dayandılar.O,şagirdlərindən birindən göldən onun üçün su gətirməyi xahiş etdi.Şagird gölə doğru qalxanda bir neçə qadının orda paltar yuduğunu gördü.Elə bu zamanda göldən araba qoşulmuş bir kəl keçdi.Nəticə etibarı ilə gölün suyu şüphəsiz palçıq oldu.Şagird fikirləşdi:”Mən bu çirkli suyu Buddaya necə içməyə verim?”

Beləliklə o Buddanın yanına gəldi və ona dedi:”Göldəki su çox çirklidir.Məncə o içməyə yaramaz”.
Bir qədər keçəndən sonra Budda şagirdindən yenidən gölə gedib su gətirməyini xahiş etdi.Şagird dərhal gölə doğru getdi.Bu dəfə o gördü ki,palçıq gölün dibinə çöküb və su əvvəlki kimi təmizdir.Buna görə də bir qaba su aldı və onu Buddaya içməyə gətirdi.
Budda suya baxdı və sonra başını qaldırıb şagirdinə baxıb dedi.”Bax sən bu suyun təmizlənməsi üçün nə elədin.Sən sadəcə onu öz axarına buraxdın və palçıq özü-özlüyündə onun dibinə çökdü.Bu həmçinin sənin fikirlərin ilə də eynidir.O səni nə vaxt narahat etsə onu sadəcə boş ver.Ona bir az vaxt ver və o özü-zölüyündə yoluna düşəcək”.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN