İplə Bağlanan Fillər

0
4148
İplə Bağlanan Fillər

Bir kişi fillərin yanından keçəndə qəflətən dayandı və fillərə diqqətlə baxdı,o çaşıb qalmışdı ki,bu böyüklükdə heyvanlar adi balaca bir kəndirlə qabaq ayalarından bağlanıb.Heç bir zəncir və qəfəs olmadan.Bu aydın idi ki,fillər istənilən məqamdə bu kəndiri qıra bilərdi, amma nədənsə etmirdilər.

O,yaxınlıqda məşqçini gördü və yaxınlaşıb ondan soruşdu ki,nə üçün bu heyvanlar burda dayanır və qaçmaq üçün heç bir cəhd etmirlər."Deməli belə"məşqçi dedi,"Onlar çox balaca olanda biz onları bağlamaq üçün eyni ölçülü balaca iplərdən istifadə edirdik və bu onları həmin vaxtda saxlamaq üçün bəs edirdi.Böyüyəndə də onlar şərti olaraq anlayırlar ki,artıq bu ipi qıra bilməzlər.Onlar inanır ki,ip onları hələ də saxlayır və onlar onu qıra bilməzlər".
 
Kişi təccüb içində idi.Bu heyvanlar istədikləri vaxt ipi qırıb qaça bilərdilər,ancaq onların inanclarına görə onlar bunu bacarmırlar.Onlar olduqları yerə yapışıb qalmışdılar.
 
Nəticə:Fillər kimi,bizdə bacarmarıq inancından asılı olaraq həyatımızı sürürük,sadəcə biz həmin şeylərdə əvvəl uğursuzluq yaşamışıqmı deyə? Uğursuzluq həyatımızın bir hissəsidir.Biz heç vaxt həyatda mübarizələrdən vaz keçməməliyik.
 
Tərcümə etdi:Ülviyyə Salahova 
 

ŞƏRH YAZIN