Odunçu

0
6824
Odunçu

Bir zamanlar,bir odunçu ağac kəsib,sonra da onu satmaq üçün bir iş axtarırdı və belə bir iş də tapdı.Gəliri və iş imkanları da kifayət qədər yaxşı idi.Bu səbəbdən də odunçu əlindən gələnin ən yaxşısını etmək üçün əzmlə işləməyə başladı.

Işin sahibi ona bir balta verdi və ona işləmək üçün nəzərdə tutduğu yeri göstərdi.Birinci gün,odunçu ona 18 ağac gətirdi.”Təbriklər”işin sahibi ona dedi”Belə də davam elə”.
 
Sahibinin sözlərindən yaxşıca ruhlanan odunçu növbəti gün daha da səylə işləməyə başladı,ancaq bu dəfə o 15 ağac gətirə bildi.Üçüncü gün bütün gücü ilə işləməyə başladı,ancaq bu dəfə də 10 ağac gətirdi.Günbəgün odunçunun gətirdiyi ağac daha da azalırdı.
- “Mən yəqin gücümü itirirəm”deyə odunçu fikirləşdi.O sahibinin yanına getdi və ondan üzr istədi.Heç özü də bilmirdi ki,niyə belə olub.
- “Sən axırıncı dəfə baltanı nə vaxt itiləmisən?” deyə sahibi soruşdu.
- “İtiləmək?Mənim baltanı itiləmək üçün vaxtım yox idi.Mən ancaq ağac kəsməklə məşğul idim”.
 
Nəticə:Bizim həyatımız bu hekayəyə bənzəyir.Bizim bəzən başımız o qədər qarışıq olur ki,”baltanı”itiləmək üçün vaxtımız olmur.Bu günkü dünyamızda,biz əvvəlkindən daha çox məşğul oluruq,ancaq əvvəlkindən daha az xoşbəxt oluruq.
 
Niyə belədir?Bu onunla əlaqəlidir ki,biz necə “kəskin”qalmağı unutmuşuq.Çalışmağın və aktiv olmağın heç bir problemi yoxdu.Ancaq biz gərək daha çox məşğul olmayaq,çünki bu bizə həyatda daha vacib şeyləri unutdurur.Bizim şəxsi həyatımız kimi,bizi Yaradana daha çox vaxt ayırmaq kimi,ailəmizə daha çox vaxt ayırmaq kimi ,oxumağa daha çox zaman ayırmaq kimi və s.
Bizim hamımızın istirahət etmək,fikirləşmək və meditasiya etmək,öyrənmək və inkişaf etməyə ehtiyacımız var.Əgər biz “baltanı”itiləmək üçün daha çox vaxt ayırmasaq,biz süst olacağıq və iş keyfiyyətimizi itirəcəyik.
 
Tərcümə etdi:Ülviyyə Salahova

ŞƏRH YAZIN