Ağlayan Uşağı Tək Qoymayın!

0
2264
Ağlayan Uşağı Tək Qoymayın!

Evdən ilk dəfə ayrılan uşağın zehni və duyğuları qarmaqarışıqdır. “Uşağın həyatında çox böyük dönüş nöqtəsi olan bu ayrılığın təsiri ömür boyu davam edə bilər” deyən evlilik və uşaq terapevti, psixoloq Ramazan Şimşək, aiələlərin bu dövrü normal keçirmələri üçün tövsiyələr verdi...  Uşaq evdən ayrılarkən, bağçaya gedərkən narahatlıq keçirər. Bu qayğının həddən artıq olmasına ayrılma həyəcanı (qayğı) deyilir. Uşaqlar bu həyəcanı fərqli yollarla və fərqli şəkillərdə ifadə edərlər. Bəs bu həycan və narahatlıq özünü hansı davranışlarda göstərər? Ağlayan uşaq – nə hiss edər? “Atam və anam məni bu yad yerdə tək buraxdı. Özümü güvəndə hiss etmirəm.” Nə etməli? – qətiyyən həyəcanlı və kədərli gözlərlə baxmayın. Istərsə onu gözləyəcəyinizi, o icazə verərsə gedə biləcəyinizi söyləyin. Bəzi müəllimlər, “siz gedin uşağınız susar” deyə bilərlər. Qətiyyən onu o halda buraxmayın. Gizlincə getməyə, qaçmağa çalışmayın. Uşaq icazə verəndə gedə bilərsiniz. Bu uşaqların alışma müddətləri bilinmir. Bəziləri o an bəziləri isə çox gec alışar. Sizin onu tərk etməyəcəyinizi bilsə, oradan ayrılmanıza icazə verəcəkdir. Güvənlərini qıracaq heç nə etməsəniz, bu dönəmi asanlıqla keçirəcəksiniz.

Cəsur, amma qorxmuş uşaq – nə hiss edər? “ Mən ağlamıram, mən ağlamayacam, ağlamaq yox”  kimi cümlələr onların duyğusunu ən yaxşı şəkildə izah edir. Hətta ağlamamaq üçün vidalaşmaz belə. Bəs nə etməliyik?  Siz də vidalaşmaq üçün təlaşlanmayın. O öz özünə başa çıxmağa çalışır. Vidalaşması üçün məcbur etməyin. Onun üçün  nə qədər çox darıxacağınızı və ya onsuz çox üzüləcəyinizi deməyin. Bu onu daha da pis edər. Gün sonunda onu bacardıqca sakit qarşılayın. Məktəbin necə keçdiyini siz soruşmayın, istərsə danışar, siz isə sadəcə dinləyin. Günün sonunda təlaşlı və həyacanlı olsanız uşağınız bağçaya tamamən getməyə bilər.

Gec reaksiya verən uşaq – nə hiss edər? Ilk başlarda “ bura çox əyləncəlidir, mən burada çox yaxşıyam”  kimi duyğular bir neçə gün və ya bir neçə həftə sonra “eee anam hardadır?” duyğusuna dönər. Bunun üçün nə etməliyik? Ilk başlarda nə qədər çox əyləndiyini izah edin. Müəlliminə ona bir az daha yaxın münasibət göstərməsini söyləyin. Dostluğa çox önəm verən bu uşaqlar üçün müəllimindən təcrübəli bir neçə uşaqla yaxınlıq qurması üçün təhrik etməsini istəyin. Ilk istəməmə reaksiyası gələndə o dəqiqə bağçanı buraxmaq qərarına gəlməyin. Səbr etsəniz alışacaqdır. Bağçaya qoyarkən onun fikrini almadan davranmayın. Bir az gözləsəniz sizi özü göndərəcəkdir. Uşağınız bir az gec alışır, bu məlumatı qeyd edin. Çünki, yeni mühitlərə girərkən əksər hallarda belə davranacaqdır.

Səssiz müşahidəçi -  nə hiss edər? “Oyuna başlamadan əvvəl burada nələr olduğunu bilmək istəyirəm, mənə bir az izin verin. “ – səssiz müşahidəçinin ən yaxşı izah etdiyi sözlərdir. Necə davranmalı? Uşağınıza məktəb və digər uşaqlar haqda olan kitablar oxuyun. Onunla danışın amma məcbur etməyin. O müşahidəçidir, mühitə uyğunlaşana qədər çəkingən və qapalı ola bilər. Bu onun stilidir, dərd etməyin. 

Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 

 

ŞƏRH YAZIN