Qızıl Yumurta

0
7307
Qızıl Yumurta

Çox uzun illər əvvəl bir kəndli vardı arvadı və iki qızı ilə birgə yaşayırdı.O doğrudan da şanslı insan idi.Onların bir toyuqları vardı və hər gün yumurtlayırdı.Bu adi yumurta deyildi,o qızıldan idi.Ancaq kişi hər gün əldə etdiyi bu yumurtayla qane olmurdu.O,bir anda varlı adam olmaq istəyirdi.

Kişi bir dəfəyə o toyuqdan bütün yumurtaları əldə etmək istəyirdi.Bir gün o fikirləşib belə bir qərara gəldi,toyuğu öldürsün və yumurtaların hamısını götürsün.Növbəti gün kişi toyuq yumurtlayanda bıçağı götürdü,onun başını kəsdi və bədənini yardı.Onun içində qandan başqa heç nə yox idi.Heç yumurtadan əsər-əlamət yox idi.Kişi bunu görüb kefi pozuldu,o indi hətta günə bir qızıl yumurta əldə etmək şansını da itirmişdi.
Onun həyatı bir yumurta ilə davam edirdi,ancaq indi o öz həyatını məhv olmuş hiss edirdi.Onun acgözlüyünün nəticəsi bu oldu ki,o günbəgün kasıbladı və ən axırda dilənçi oldu.Necə də bədbəxt və axmaq insan idi.
 
Nəticə:Elələri var ki,daha çox istəyir və hər şeyini itirirlər.Ancaq elələri də var ki ,əllərində olan hər şeylə razı olurlar.
 
Tərcümə etdi:Ülviyyə Salahova

ŞƏRH YAZIN