Rəqabət

0
4778
Rəqabət

Məşhur bir iş adamı, bir gün polad işləyən fabriklərindən birini nəzarət edirdi, fabrikindən kifayət qədər səmərə götürə bilmədiyini düşünürdü, bunun səbəbini ustabaşından soruşdu:

- Ustabaşı, sən bacarıqlı birisən niyə  fabrikdən kifayət qədər səmərə götürə bilmirik?
Ustabaşı cavab verdi:
- Müdir, bütün işçilərə göz açdırmadım, çox işlətdim az işləsələr işdən atmaqla da təhdid etdim. Lakin kifayət qədər səmərə götürə bilmədik.
İş adamı fabrikdəki işçilərdən birinə soruşdu:
- Bu gün neçə ton polad hazırlayıbsınız?
- on iki ton
İş adamı fabrikin görünən bir yerinə böyük 12 yazdı və çıxıb getdi. Gecə növbəsinin işçiləri gəldiklərində 12 rəqəmi nə mənanı verir deyə soruşdular. Gündüz növbəsi işçiləri də:
- Müdir bu gün bizə neçə ton polad işlədiyimizi soruşdu, 12 ton deyə cavab verdik, bura 12 yazdı və getdi.
Sabahısı gün iş adamı təkrar fabrikə gəldi. Yazdığı 12 rəqəmi silinmiş və yerinə 15 yazılmışdı. Gündüz növbəsi işçiləri gəldiklərində 15 yazısını gördülər. Gecə növbəsi işçiləri daha yaxşı iş çıxarmışdı.
Gecə növbəsi işçilərindən daha üstün olduqlarını isbat etmək üçün böyük bir səylə çalışdılar və yerə 18 yazdılar. Qısa müddətdə fabrikin səmərəsi o ətrafdakı bütün fabrikləri keçdi.
 
Necə olduğunu iş adamı belə açıqladı:
"Daha məhsuldar olmaq üçün şirkət içində rəqabət hissi oyandırılmalıdır. Məqsəd işləyənləri  daha çox işə sövq etmək yerinə bir-birlərinə üstün gəlməyə təşviq etməkdir. Üstün gəlmə hissi, insanların ruhunu coşdurar. Həyatda müvəffəqiyyəti tutan hər insanı xoşbəxt edən; müvəffəqiyyətli olduğu, üstün gəldiyini düşündüyü işi etməkdir. Çünki bu müvəffəqiyyət ilə özünü ifadə etmə imkanı tapar, özünü qiymətli və üstün hiss edər. Bu səbəblədir ki, bir oturuşda yüz dənə hamburger yemə, əlli stəkan içki içmə kimi mənasız yarışmalar edilər. İnsanları motivasiya edən; üstün gəlmək, dəyərini göstərmək istəyidir. Bu səbəblə insanlar üstün gələcəklərini düşündükləri, öz bacarıqlarını ortaya çıxara biləcəkləri işlər üçün təşviq edilməlidir."
 
Tərcümə etdi:Ülviyyə Salahova
 

ŞƏRH YAZIN