Baltanı İtiləmək

0
8165
 Baltanı İtiləmək

Bir meşədə iki odunçu ağac kəsirmiş. Birinci odunçu səhər erkəndən qalxır, ağac kəsməyə başlayırmış, bir ağacı kəsib dərhal digərinə keçirmiş. Gün boyunca, istirahət etmək üçün və günorta yeməyi üçün özünə vaxt ayırmırmış. Axşamları da odunçu yoldaşından bir neçə saat sonra ağac kəsməyi buraxıb evinə daha gec gedirmiş. ikinci odunçu isə arada bir istirahət edir və hava qaralmağa başladığında evinə dönürmüş. Bir həftə boyunca kim daha çox ağac kəsər demişlər, bu gərginlikdə işlədikdən  sonra nə qədər ağac kəsdiklərini saymağa başlamışlar.

 
Nəticə: ikinci meşəbəyi çox daha çox ağac kəsmişdi. Ən çox ağacı özünün kəsdiyini düşünən birinci odunçu çox çaşmışdı:
 
- Bu necə ola bilər? Mən daha çox işlədim. Səndən daha erkən ağac kəsməyə başladım, səndən daha gec evimə döndüm. Amma sən daha çox ağac kəsdin. Bunu necə bacardın, sirrin nədir?
 
İkinci meşəbəyi təbəssümlə cavab vermişdi:
 
-  Bir sirrim yoxdu. Sənistirahət etmədən işləyərkən mən bir neçə ağac kəsdikdən sonra həm istirahət edirdim həm də baltamı itiləyirdim. İti baltamla, daha az səylə, daha çox ağac kəsdim.
 
Özümüzə, sevdiklərimizə zaman ayırmaq, özümüzü inkişaf etdirmək, məlumat bacarıqlarımızı artırmaq, baltamızı itiləməkdir. Müvəffəqiyyətə çatmaq üçün tək yol çox çalışmaq deyil yüksək məlumat, bacarıq sahibi olub məhsuldar çalışmaqdır.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN