Sən Həyatını Necə Qurursan?

0
3375
Sən  Həyatını Necə Qurursan?

 

Qoca usta artıq təqaüdə çıxmağa hazırlaşırdı.O , müdirindən artıq  tikinti işlərini buraxmaq istədiyini və həyatının qalan hissəsini ailəsi ilə keçirtmək istədiyini bildirdi.Müdir əlbəttə ki , onun kimi yaxşı işçisinin getməyinə təəssüflənirdi və ustadan getməzdən əvvəl onun üçün bir ev tikməyini xahiş etdi.Usta razılaşdı , ancaq bu onun üzündə də aydın görünürdü ki , yeni bir ev tikmək heç onun ürəyincə deyildi.O , təcrübəsiz işçilərinə müraciət etdi və ev tikmək üçün ən ucuz materillardan istifadə etməyə başladı.Bu onun karyerasının qurtarmasına yaxın ən uğursuz bir işi  idi.

Usta işini artıq qurtaranda müdir  evi yoxlamağa gəldi.Adam açarı qapıya salanda dedi:”Bu sənin evindir.Mən bunu sənə hədiyyə etmək üçün tikdirmişdim”.

Müdirin bu sözləri onu şoka saldı.Əgər o bilsəydi ki , bu ev onun üçün tikilir , o hər şeyin ən yaxşısından istifadə edərdi və daha fərqli gözəl bir ev tikərdi.O , indi artıq bu vaxta kimi heç kimə keyfiyyətsiz  tikmədiyi bir evdə yaşamalı olacaqdı.

Nəticə : Bu bizim həyatımızda aiddir.Biz də həyatımızıda çox zaman məhsuliyyətdən yayınmaqla yaşayırıq , hərəkət etməli olduğumuz anda ancaq yalnış reaksiya veririk , ən yaxşısını etməli olduğumuz anda daha azını etməklə kifayətlənirik.Və ən vacib anlarda biz işimizə ürəyimizi qoymuruq.Onda biz təəccüb içində qalırıq yaratdığımızı vəziyyətə baxanda və belə bir tikdiyimiz evdə yaşamalı olduğumuzu anlayanda.Əgər daha dərindən anlasaydıq daha fərqlisini edərdik.Özünüzü usta kimi təsəvvür edin,öz eviniz haqqında fikirləşin.Sən hər gün bir yeri tikərək divar ucaldırsan.Ağılla qur.Bu sənin bir də heç vaxt qura bilməyəcəyin həyatdır.Hətta sən bu evdə bir gün də yaşamalı olsan,həmin günü daha xoşbəxt yaşamağa layiqsən.Divardakı lövhədə deyilir:”Həyat sənin özünün yaratdığı layihədir”.Kim bunu daha aydın deyə bilərdi?Sənin bu günkü həyatın sənin keçmişdəki atdığın addımlar və seçiminin nəticəsidir.Sənin sabahkı həyatın da bu gün atdığın addımların və etdiyin seçimlərin nəticəsi olacaq .

Tərcümə etdi :Ülviyyə Salahova

 

ŞƏRH YAZIN