Tənbəl Eşşək

0
5456
Tənbəl Eşşək

Bolanın Xandaya adında bir eşşəyi vardı.Bola çox zəhmətkeş və mehriban insan idi.Ancaq eşşəyi çox tənbəl idi və hər dəfə işdən qaçmaq üçün yollar axtarıb tapırdı.

Bır dəfə o,belində duz dolu kisə ilə qayıdarkən Xandaya çaya yıxılır.O görür ki,duz kisəsi suya düşən kimi o suda əriyir və onun çəkisi azalır.

Növbəti günlər hər dəfəsində eşşək qəsdlə suya yıxılırdı.Bola eşşəyin bu hərəkətinə çox məyus olurdu,çünki bu prosesdə, o,xeyli pul itirirdi.Belə olan halda o eşşəyinə dərs vermək qərarına gəlir.
 
Gələn dəfə o,eşşəyə bir kisə duz əvəzinə bir kisə pambıq yükləyir.Xandaya isə bundan xəbərsiz olur.Həmşəki planı üzrə o,suya yıxılır və kisə su ilə islanmış olur.O,sudan qalxanda kisənin yüngülləşməsini gözləyir amma onun nə qədər ağırlaşmasına təəccüblənir və yükün ağırlığından tərpənə bilmir .Belə olan halda sahibi onu çomaqla döyür.Nəticədə Xanda bundan dərs alır və birdə özünü elə aparmır.
 
Nəticə: İşinizə dürüst və sevərək yanaşın, çünki tənbəllik sizi məhv edəcək.
 
Tərcümə etdi:Ülviyyə Salahova 

ŞƏRH YAZIN