Tülkü Və Keçi

0
9644
Tülkü Və Keçi

Bir dəfə tülkü qaranlıqda eləcə avara –avara gəzirdi.Birdən o quyuya düşdü.Ordan çıxmaq üçün nə qədər əlləşib vuruşsa da alınmadı.Başqa çıxış yolunun olmadığını görüb səhərə qədər orda gözləməyi qərara aldı.Səhəri gün həmin yolu bir keçi gəlirdi.O,gizlincə quyuya baxdı və orda tülkünü görüb soruşdu:”Cənab tülkü, burda nə edirsən sən?”

Hiyləgər tülkü cavab verdi:”Mən bura su içmək üçün düşmüşəm.Mən əvvəl də burdan su içmişəm.Elə dadlıdır ki.Düş və özün gör”.Keçi bir anlıq da olsa düşünmədən quyuya endi,sudan içib susuzluğunu yatırdı və quyudan çıxmaq üçün yol axtardı.O çıxmaq üçün özünü çox köməksiz görürdü.Onda tülkü dedi:”Sən ayaqlarının üstündə dayan mən sənin başının üstünə qalxım quyudan çıxım .Sonra da mən sənə çıxmağa kömək edərəm”.Keçi tülkünün kələkbazlığına inanacaq qədər məsum idi.Və tülkünün dediyi kimi etdi ,tülkü quyudan çıxdı.
 
Bir qədər gedəndən sonra tülkü dedi:”Sən kifayət qədər ağıllı ola bilərsən,amma sən heç vaxt quyudan necə çıxmağı fikirləşmədən ora enmə”.
 
Nəticə:Etməmişdən əvvəl düşün.Fikirləşmədən nəyəsə doğru kor-koranə getmə.
 
Tərcümə etdi:Ülviyyə Salahova

ŞƏRH YAZIN