Xəyalpərvər Astronavt

0
2690
Xəyalpərvər Astronavt

Bir zamanlar öz müşahidələri nəticəsində xeyli kəşflər edən bir astronavt vardı.O,tez –tez gecələr səmaya ulduzlara baxar və onları müşahidə edərdi.

Bir dəfə də o ulduzlara baxarkən ayağı sürüşür və quyuya yıxılır.O,qışqırmağa başlayır.
Ordan keçən bir nəfər səsi eşidir və dayanır.Ona quyudan çıxmaq üçün kömək edir.Astronavtı quyudan çıxardandan sonra soruşur:”Sən quyuya necə oldu ki düşdün?”
Astronavt cavab verdi:”Mən ulduzlara baxmağa elə dalmışdım ki,quyunu heç hiss etmədim”.
Adam soruşdu:”Sən ayağının altındakı yerləri kəşf etməkdə hələ uğur qazanmadan öz kəşflərindən nə gözlüyürsən ki ?”
Astronavt kədərli halda ordan ayrıldı.
 
Nəticə:Reallıqlar xəyallardan daha vacibdir 
 
Tərcümə etdi :Ülviyyə Salahova 

ŞƏRH YAZIN