Məmməd Məmmədov : Qaranlığı Lənətləməkdənsə Bir Şam Yandırıb İşığına Sevinmək Daha Yaxşıdır.

0
1901
Məmməd Məmmədov : Qaranlığı Lənətləməkdənsə Bir Şam Yandırıb İşığına Sevinmək Daha Yaxşıdır.

Hörmətli Məmməd bəy artıq NLP Master dərəcəsini tamamladınız. Siz Azərbaycanda bu sənətin ilklərindənsiniz. Bu barədə düşüncələrinizi cazibe.info portalı ilə bölüşə bilərsinizmi ?

- NLP insanları məqsədə aparan uzaq yolu yaxın edən təlim və ya bir incəsənətdir. NLP təlimləri insanların etdiklərini daha yaxşı etmələrini təmin edir. Bu təlim öz daxili və xarici resurslarınızı səfərbər etməklə, sizə maneə olan məhdudiyyətləri, çətinlikləri, daxili konfliktləri, neqativ inancları aradan qaldırıb daha faydalıları ilə əvəz etməyə kömək edir. NLP mümkün olmayanı mümkün edir. Hər bir insanın uğur açarı onun özündə olur. NLP bu açarı tapmaqda yeni effekiv inanc yaratmaqla yardımçı olur. NLP təlimi pozitiv düşüncəli, cəsarətli, məqsədyönlü, özünü tanımayacaq dərəcədə uğurlu yeni bir insan formalaşdırır. Bu təlim həyatın bütün sahələrində uğur deməkdir. 
 
NLP bir magiyadır. O, şüuraltının, insan beyninin, düşəncələrinin, sözlərinin səmərəli istifadəsinin açarıdır. 
 
Bəs siz NLP-dən həyatınızda necə istifadə edirsiniz?
 
- NLP-dən həyatımın bütün sahələrində istifadə etməyə çalışıram. Artıq mənim leksikonumda, bu çətindir və ya bu mümkün deyil sözləri yoxdur. Çətin və ya mümkün ölmmaq, nəyi isə bilməmək deməkdir.  
 
NLP təlimində iştirak etdikdən sonra həyatınızda nələri fərq etdiniz?
 
- NLP təlimləri mənə həyatda mümkün olmayan deyilənlərin mümkünlüyünə aydınlıq gətirərək fərq etdirdi.
 
Məmməd bəy NLP vasitəsi ilə həyatınızda nələri dəyişə bildiniz?
 
- Düşüncələrimi bəzi neqativ, işə yaramayan, mane olan inanclarımızı. Bir neqativ vərdişi, daha effekiv dinləmə, daim pozitiv düşünmə bacarığı. 
 
Tələmçi Babək Bayramov haqqında nə düşünürsünüz?
 
- Geniş dünyagörüşünə malik, savadlı, iti düşüncəli, gözəl natiqlik qabiliyyətli bir NLP ustad trener olmaqla bərabər bütün insani keyfiyətləri özündə əks etdirən sözün əsl mənasında BÖYÜK İNSAN. Həyatının bütün sahələrində uğurlar, dünya şöhrətli NLP ustad trener, alim və insan olmağı arzulayıram.
 
Maraqlı müsahibə üçün təşəkkür edirik. Son olaraq cazibe.info portalının oxucularına nə kimi tövsiyyə edərdiniz?
 
- Həyatınızı tez və keyfiyyətli dəyişmək istəyirsinizsə NLP ilə maraqlanın. 
" Qaranlığı lənətləməkdənsə bir şam yandırıb işığına sevinmək daha yaxşıdır. "
 
 
Cazibe.İnfo Fərdi İnkişaf Portalı 
 
 

ŞƏRH YAZIN