Nlp Öyrənmək Bizə Nə Verir?

0
7442
 Nlp Öyrənmək Bizə Nə Verir?

Bu təlimi keçdikdən sonra siz, cəmiyyətin təbii inkişafından 15-20 il irəlidə olacaqsınız. Çünki bir ənənənin cəmiyyətdə qəbul olunması üçün təxminən iki nəslin keçməsi lazımdır.

Siz də fərdi inkişaf sənətinin təkmilləşməsində köməkçi olacaq rollara maliksiniz. Onu ətrafınızda müşahidə etdiyiniz dünyaya mükəmməli nümunə olaraq göstərmək üçün istifadə edə bilərsiniz. Onu ailə üzvlərinizlə daha yaxşı ünsiyyət qura bilmək, uşaqlarınızın daha yaxşı qiymətlər ala bilməsini, arzu etdiyiniz həyatı yaşaya bilmək və sizdən daha çox ehtiyacı olanlara xidmət üçün istifadə edə bilərsiniz. Ona həyatınızın istənilən mərhələsində qoşula bilər və həyatınızı istədiyiniz səviyyəyə çıxara bilərsiniz.

Gülümsəyin və güzgüdə təbəssümünüzü nəzərdən keçirin! Gördüyünüz təbəssümün qiyməti ən az 1.000.000 manatdır. Hal-hazırda bu təbəssümə görə sizə kimsə pul ödəməyə bilər, ancaq bu təbəssümü doğru yerdə, doğru insana, doğru zamanda bəxş etsəniz, bu təbəssüm dəyər qazanacaqdır. Bu hələ malik olduqlarınızdan sadəcə biridir. Görürsünüzmü nə qədər böyük sərvətə sahibsiniz!?

Karyerada irəliləməkmi istəyirsiniz? Sevgi və ya iş həyatınızda uğur qazanmaq sizə çətin gəlirmi? Günlər keçdikcə ümidinizin azaldığınımı düşünürsünüz? Hər zaman yeni problemlərin ortaya çıxmağındanmı narazısınız?

“İnkişaf etmək üçün əziyyət çəkmək lazımdır” fikri sizə tanış gəlirmi?  Ancaq bu fikir özü də bir fərziyyədir. Bizə hansı davranış xoş təsir edirsə, biz o davranışı təkrarlamaqdan yorulmarıq. İnkişafa ləzzətlə və əyləncəli şəkildə nail olmaq mümkündürsə, nəyə görə inkişafımızı daimi həyat tərzi halına gətirməyək?

 Subyektiv təcrübə xarici dünyada olduğu qədər də zehnimizdən keçənləri əhatə edir. Heç kim başqasının nə düşündüyünü bilə bilməz, icazə verildiyi qədər bilər. Hər birimiz “həqiqəti” bildiyimizi düşünürük. Buna görə də “təcrübə” (və ya həyat) adlandırdığımız şey insandan-insana böyük fərqliliklər göstərir. Hər birimiz özümüzə məxsus və subyektiv olaraq yaşadığımız həyatı qavrayarıq. Əşyaları fərqli görərik. Hamımız öz davranışlarımıza, inanclarımıza və dəyərlərimizə  sahibik və bunlar birlikdə bizim dünya görüşümüzü yaradırlar. Bəlkə də, bizim dünya görüşümüz başqa insanlar üçün heç bir şey ifadə etməz və başqa insanların da düşünmə və davranma şəkilləri də bizim üçün məntiqli deyildir. Bununla belə bizim heç birimiz “obyektiv həqiqətə” sahib deyilik.

Təəssüf ki, xarici hadisələrdən fərqli olaraq, subyektiv təcrübələrimizi laboratoriyalarda təhlil edə bilmirik. NLP bunu qəbul edir və fərdlərin etdikləri şeyi daha yaxşı etmələrinə kömək etmək üçün subyektiv təcrübəni daha asan anlamamızı təmin edər.

NLP düşündüyümüz şeylərin etdiyimiz şeylərə necə təsir etdiyi və bizim necə düşündüyümüz mövzusundakı təcrübələri başa düşülən misallardan istifadə edərək açıqlayır. Xüsusilə, beş duyğumuzla qavradığımız şeyi necə mənalandırdığımızı göstərir. NLP, beş duyğumuzla içində yaşadığımız dünyanı necə məna, qavrayış və tətbiqata çevirdiyimizi müəyyən edir. Bu bizim olduqca subyektiv olan şeylər haqqında daha obyektiv bağlar qurmamızı mümkün edər. Bu şəkildə digər insanları daha yaxşı anlaya bilərik, daha təsirli ünsiyyət yarada bilərik, həyatımıza nəzarət daha çox əlimizdə olar.

Əsasən düşündüyümüzü etməyə meylliyik. Sinir Dili Proqramının, “sinir” qismi ilə əlaqəli olan düşünmə şəklimizi dəyişdirməmizə kömək etmək üçün NLP bizə sadə texnikalar təqdim edir. Sonra isə davranışlarımızın dəyişməsi qaçınılmazdır. Düşünürsünüzsə, deməli varsınız. Fərqli düşünərsinizsə, fərqi davranarsınız və beləcə fərqli nəticələr əldə edərsiniz. Bir adam necə düşünürsə odur! Düşündüyünüz şeylər əsasən aksiyalara çevrilirlər. Düşüncələr – nəticələr, mükafatlar, uğurlar və uğursuzluqlar olurlar.

Filosoflar əsrlərdir insan zehninin sirlərini araşdırırlar. Bununla belə, bizim “subyektiv təcrübə” olaraq adlandırdığımız şeyə, demək olar ki, hamısı yetişdi, ancaq bu təcrübəyə əsaslanan elmlərin nəticələri alimləri çaşdırdı. Onlar evlərində insan zehninin laboratoriyasında olduqlarını hiss eləmədilər. Digər tərəfdən NLP, özümüzə aid olan subyektivliyi qəbul edir. Görülməyəni və ya mistik olanı inkar etməkdən çox bu sahəni qurmağa və müəyyən bir metod halına gətirməyə çalışır. Bir çoxumuzun hissi olaraq qəbul etdiyimizi qəbul edir. Bunlar zehnimizin, şüurumuzun, xarici səbəblər və onların nəticələri arasında bir yerdə olan “qara qutumuzun”  varlığıdır.

Hamımız mükəmməlliyə yetişə bilərik.Çox vaxt yaradılışdan istedadsız olduğumuza şikayətlənir, bunu edərkən isə özümüzdən daha yaxşı mövqedə olanlara baxaraq müqayisə edərik. Fəqət potensialımızın qeyri-məhdud öyrənmə və inkişaf üçün daha az və ya çox olması baxımından hamımız oyun sahəsi səviyyəsindən başlayırıq. Hamımızın çox bəsit şeylərin içində bacarıqla gizlənmiş olan, haradasa əldə edilməsi qeyri-mümkün olan müqəddəs istəkləri vardır.

“Uğur”u nümunə götürə bilərsiniz. NLP-dən istifadə edərək başqalarını müşahidə edərək ən yaxşılarını tapa bilər və onların uğurlu strategiyalarını və bacarıqlarını öz həyatınıza tətbiq edə bilərsiniz. Onların sözdə “anadangəlmə” istedadlarını  və bacarıqlarını istifadə etməyə başlayaraq öyrənmə prosesini sürətləndirə bilərsiniz. Bəzən onların uzun illərini alan təcrübələrdən və səhvlərindən də faydalana bilərsiniz. Bu təcrübələri öz içinizdə mövcud olan təbii resurslarla birləşdirdiyiniz zaman hər şeyin öhdəsindən gələ bilərsiniz.

Bəzən insanların sosial, peşəkar, idmançı və sənətkar xüsusiyyətlərinə baxaraq onları qısqanırıq. Halbuki, hamımızın bunlara bənzər qabiliyyətləri vardır. Məsələn, (NLP-nin qeyri-şüuri istedad adlandırdığı) bir çox şeyi düşünmədən həyata keçirə bilirsiniz və insanlar sizin bu etdiklərinizə görə sizə heyran olur və sizi qısqanırlar. Bəlkə üzməyə, motosikl sürməyə, şifahi riyazi misallar etməyə və ya asanlıqla dost olmağa qabiliyyətlisiniz. Bunlar sizə adi gələ bilər, ancaq başqaları da sizin haqqınızda eyni şeyi düşünə bilərlər: “O bunu necə edir? Çox asan öhdəsindən gələ bilir.”

Hamımız dostlarımızın və ya iş yoldaşlarımızın asanlıqla etdiyi şeyləri etmək istərik. Ancaq insanlar çox zaman yaxşı etdikləri şeyləri necə etdiklərini görməzlər və ya əksər hallarda “üstünlüklərini” qəbul etməzlər belə. NLP ilə bu istedadları qeyri-adi ölçüdə öyrənə bilər və öz həyatınıza tətbiq edə bilərsiniz.

NLP insanların fikrindən mistik tərəfi çıxarmağa və fikri daha çatdırıla bilən etməyə çalışır. Hər hansı bir “üstün” istedad və ya davranışda “strategiya”nı kəşf edə bilərsiniz. O istedadı sərgiləmək şəxs tərəfindən bilinməsə belə, bu strategiya onu uğura aparan düşüncə və aksiya seriyasını əhatə edər. Bunu “nümunə götürmək” texnikaları ilə həyata keçirmək mümkündür. Bu “nümunə götürmək” texnikalarından istifadə edərək, nail olmaq istədiyiniz mükəmməllik səviyyəsinə çatmış insanların düşünmə və davranma texnikalarına yiyələnə bilərsiniz.

NLP-nin qurucuları qeyri-adi ünsiyyət istedadları ilə məşhur olan tanınmış terapistlərin model olma fikirlərini tətbiq etdilər. Bu gün insanlar onu şəxsi və peşəkar həyatlarının hər sahəsində istifadə edirlər. NLP sözlü və sözlü olmayan insanlar arası ünsiyyət istedadlarını texnoloji səviyyəyə yüksəltdi.

Kəşf etdiyimiz kimi, təcrübə kənardan müşahidə oluna bilən davranışları aşır və zehnimizin qara qutusunda olan şeyləri də əhatə edir. Bu səbəblə NLP-nin fərdi təcrübələrə mexaniki baxan səbəb-nəticə yanaşmaları və ya “davranışçılar” olaraq adlandırılan yanaşma ilə bir az əlaqəsi vardır. (davranışçı yanaşma, konkret elmlərə daha asan tətbiq oluna bilən çox dəqiq zaman və hərəkət çalışmalarına və metodlarına bağlıdır) “İnsanların necə işləməsi” üzərində dayanırlar və bunu edərkən mövzu insanlıq deyil, özünə məxsus fərd olaraq insandır.

Hamımız əşyaları fərqli görür, eşidir və hiss edirik. Duyğularımızdan gələn biliklər, xatirələrimiz, xatirələrimizin xatirələri, duyğularımız və əvvəlki qavrayışlarımız tərəfindən şəkilləndirilən duyğu vahidləri saysız-hesabsız zehni “filterlərdən” keçir. Bənzəri olmayan bu filterlərdə sadəcə özümüzə aid olanı öz “həqiqətimiz” olaraq adlandırdığımız dünyanın məhdud mühakiməsini edərik.

NLP modeli bizə məlum olan beş duyğunu əhatə edir. Ancaq bunları maddi olduğu qədər də mənəvi olaraq da düşünmə şəklimizə görə adaptasiya edir. Vücudun və zehnin birliyini örnəkləndirir. “Aysberq” nümunəsindən istifadə edəriksə, NLP modeli sadəcə səthin üstündəki təcrübəni deyil,  eyni zamanda içəridəki, səthin altındakı təcrübəni də əks etdirir. NLP modeli insanların özünə verdikləri dəyərlərə, duyğulara, inanclara, arzulara və motivasiyalara görə hərəkət etdiyini qəbul edir. Sizin təcrübəniz (həyatınız) sadəcə mənimkindən deyil, hamınınkından fərqlidir.

NLP bizə anlamaq və zavallı həqiqətin şərtləri ilə üzləşmək üçün yardım edər. Əşya haqqında necə fikir yürütdüyümüzü, onu necə təmsil etdiyimizi, proses daxilində əldə edilən biliklərin bir çoxunu necə ümumiləşdirdiyimizi, necə məna itkisinə və ya təhrifinə uğratdığımızı anlamamıza kömək edər. Ən önəmlisi isə, bütün bu qavrayışların davranışlarımıza hər baxımdan necə təsir etdiyini və bundan sonra nə əldə edəcəyimizi anlamağa başlayarıq.

Zehin-bədən sistemi, kənar siqnallardan daha çoxundan istifadə edir. NLP modelində görəcəyimiz kimi eyni zamanda öz içimizdə də eşitdiyimizi və hiss etdiyimizi görürük. (xatirələrimiz və vizual təcrübələrimiz)

Kənar siqnalların nəticəsində sahib olduğumuz müəyyən təcrübələrdən yeni təcrübələr yaratmaq üçün istifadə edə bilərsiniz. Məsələn, hafizənizdə keçmişinizə aid bir şey xatırlaya bilər şüurlu və ya qeyri-şüuri olaraq onu dəyişdirə bilərsiniz. Bir “həqiqəti” xatırlamaq üçün bəsit bir hərəkət, daha əvvəlki bir bükülmənin və ya “filterlənmiş” təcrübənin təkrar bükülməsini vacib edə bilər. Münasib bir təcrübəni hafizənin hafizəsinin  hafizəsi ilə bitirə bilərsiniz ki, bu da gözünüzə gələn işıq dalğaları və ya qulağınıza gələn səs dalğalarının ilk əlaqəsi ilə bağlıdır.

Bu təcrübələrdən ustalıqla istifadə qabiliyyəti fərdi dəyişimə asanlıqla istiqamət verir. Məsələn, özünüzü necə hiss etdiyinizi və ruhi vəziyyətinizi sizi narahat edən düşüncə və xatirələrinizi daha pozitiv bir şəkildə ifadə edərək dəyişdirə bilərsiniz. Sadəcə fərqli nəticələr xəyal edərək zehninizin strukturunu necə dəyişdirə biləcəyinizi tezliklə öyrənəcəksiniz. Hətta əgər istəsəniz uzun müddət təsiri altında olduğunuz inancları, dəyərləri və davranışları da dəyişdirə bilərsiniz.

Fiziki gözünüz, qulağınız, toxunma hissiniz olmadan şəxsi təcrübələrinizi yarada bilər,  zehninizi və baxışlarınızı yeni bir şəkildə qarışdıraraq təcrübənizi sintez edə bilərsiniz. Digər bir deyilişlə xəyal qura bilərsiniz. Üstəlik gələcəkdəki bir təcrübənizi və ya bütün dünyada qüvvədə olacaq bir şeyi xəyal edə bilərsiniz və bu anlarınızı xatırlamaq daha asan olacaqdır. Canlı xəyallarda və yuxuda olduğu kimi bəzi hadisələrin içində yaşadığınız təcrübənin həqiqi həyatdakı qədər həqiqət olduğunu görə bilərsiniz. Düşüncələri yaratma və ustalıqla istifadə etmə qabiliyyəti hər hansı bir fiziki bacarıq kimi təcrübə etməyi lazım bilir. Ancaq çox vaxt cəhdlərin əvəzini artıqlaması ilə verir.

NLP vasitəsi ilə subyektiv təcrübələri anlamağa başlaya bilərsiniz və lazım olduğu yerdə daha yaxşısı ilə dəyişdirə bilərsiniz. Bu şəkildə təcrübələr və fərqli gələcək yarada bilərsiniz.

 

Babək Bayramov

NLP Master

Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN