Analitik Düşüncə Nə İşə Yarayır???

0
2401
Analitik Düşüncə Nə İşə Yarayır???

 Dovşan güclü bir düşməninin hücumuna məruz qaldığı zaman nə edər? Çoxumuzun ağlına gələn ilk variant: Qaçmaq.

Əgər çarəsiz bir vəziyyətdə, ölümlə burun burunadırsa və qaça biləcəyi bir dəlik yoxdursa, bu dəfə ikinci varianta yönələr: Döyüşmək. Bəzi hallarda isə, mübarizə etmək mənasız, ölüm qaçılmaz görünür. Bu zaman yazıq dovşanın son bir çarəsi qalır: Təslim olmaq. Bəzi heyvanlar təslim olduqları zaman arxası üstə yatarlar və boğazlarını rəqiblərinə açarlar. Bu «həyatım sənin əllərindədir, sənə təsliməm, canımı bağışla» mesajı daşıyır.

Biz insanlar da promlemlərlə qarşılaşdığımız zaman qaçar, döyüşər ya da boyun əyib təslim olarıq. Bunlar xoşbəxtliyimizi oğurlayan, bizdən uzaqlaşdıran "3 xoşbəxtlik oğrusu" olaraq təyin olunar. Bu oğrulara qarşı gözlərini dörd açmaq, qapıları möhkəm-möhkəm bağlamaq lazımdır.

Hər bir insanın qaçma, savaşma və təslim olmaqla nəticələnən yalnış hərəkət və mövqelərini düzəldə bilən bir qabiliyyəti var: Analitik düşüncə

Analitik düşüncə problemi tanıma/öyrənmə mərhələsi ilə başlayır. Əvvəlcə onun digər problemlərə bənzər və fərqli yönlərinin yaxşı tanımaq və tərif etmək lazımdır. İnsan müxtəlif həll yolları tapır və bunlar arasında sintez edər. Bu müddətdə azad bir şüur ​​axışından söz gedir. Analitik düşüncə ən doğru və ən uyğun həll istiqamətli araşdırmadır. Bu düşüncə şəkli problemin özünə deyil, həllinə istiqamətlidir.  Analitik düşünmək üçün hər şeyi bilmək lazım deyil, amma məlumata ən qısa yoldan necə və harada çata biləcəyinizi bilmək əhəmiyyətlidir. Analitik düşüncə beynimizin şüurlu hissəsini təsirli istifadə edərək funksional edir. Onu istifadə etməyi seçmədiyimiz müddətcə, xoşbəxtliyimizi oğurlayan oğrulara qarşı müdafiəsiz qalarıq. Analitik düşüncəyə qapılarımızı bağladığımız müddətcə 4-cü xoşbəxtlik oğrusuna qapılarımız açmış olarıq.

Xoşbəxtliyin 4 oğrusu

Gəlin 4 xoşbəxtlik oğrusunu daha yaxından tanıyaq:
 
1. Qaçmaq: Heyvanlar real təhlükələrdən olduğu qədər, bəzən xəyal məhsulu təhlükələrdən də qaçarlar. Məsələn, düşən yarpaqların uçuşması bir heyvanın qaçmasına səbəb ola bilər; çünki bu səsi yaxınlaşan bir düşmən olaraq qəbul edər. Bəzən biz insanlar da ətrafımızdakıları bir təhdid ünsürü olaraq görərik. Məsələn, yolda qarşılaşdığımız bir xaricinin baxışını tənqid edən, alçaldan bir ifadə olaraq dərk edərik. Daha geniş düşündüyümüz zaman kiçik axsaqlıqları gözümüzdə böyüdər, onları böyük bir problem halına gətiririk. Bu bizim qaçmağımıza, televiziya, spirt içki, dərmanlara, müxtəlif asılılıqlara sığınmağımıza səbəb olur. Beləcə, kiçik problemləri gözümüzdə böyüdüb qaça biləcəyimiz dəlik axtarmaq xoşbəxtliyimizi oğurlayan oğrulardan biri halına gələr.

2. Təslim olmaq: Körpələr həyatlarını davam etdirmək üçün analarından asılı halda yaşayarlar. Ananın müdafiəsinə, nəvazişinə möhtac olduqları üçün iradi olaraq ona boyun əyərlər. Yetkinlik yaşına çatdıqları halda bu vəziyyətdən xilas ola bilməyən böyüklər isə, zamanla özlərini gücsüz və çarəsiz hiss edərlər. Başqalarının sözündən kənara çıxmayan, deyilən və edilənə boyun əyən insanlar olaraq, həyatlarını özlərinə yazıqları gələrək yaşayarlar. Dünyanın onları ələ keçirdiyini hiss edərlər və mübarizəni gözə ala bilməzlər. Həyat bir mübarizə olduğu üçün, bu kəslər bədbəxtliyə təslim olarlar.
 
3. Döyüşmək: İmpuls və istəklərin səhv istiqamətdə istifadə edilməsi insanoluğunun iztirabının əhəmiyyətli səbəblərindən biridir. Bəzən bu impulslar özünü döyüş, şiddət, hirs, zorakılıq, kin güdmə, düşmənçilik və nifrət bəsləmək şəklində göstərir. Əsassız olaraq hərəkətlə ya da sözlə qarşı hücuma keçmək həm bizi, həm digərlərini incidər. Bədbəxtliyi dəvət edər.

4. Tənqidi düşüncədən uzaqlaşmaq: İstək və impulslarımıza ətraflı düşünmədən, vəziyyəti eninə boyuna analiz etmədən cavab verməyə çalışsaq, bədbəxtliyin qapısını aralamış olarıq. Fərdlərin davranışlarının nəticələrini öncədən görməməsi və düşünməməsi dağılmış ailələr, boşanma, ümidsizlik, depressiya, içinə qapanma, məktəblərdə baş verən şiddət hadisələri, dərsdən qaçma kimi problemlərin xəbərçisidir.

Xoşbəxtliyin üç dostu

İndi də xoşbəxtliyin oğrularından bir müddət uzaqlaşıb xoşbəxtliyin 3 dostuna nəzər salaq:

1. Ürəkli həyat: Qaçmaq, təslim olmaq və döyüşmək qorxudan yaranır. Cəsarət isə qorxu, qayğı və ümidsizliyi neytrallaşdırır. Qorxu bizi hərəkətsiz edər, cəsarət isə, bizə hərəkət qazandırar. Həyəcan və narahatlıqdan uzaq tutaraq, sakit başla və obyektiv düşünməyimizi təmin edər. Cəsur insanlar fərdi bir problemlə qarşılaşanda ondan qaçmaz, gizlənməz və ya boş çırpınışlarla onunla boğuşmazlar. Bunun yerinə, analitik düşüncəyə müraciət edərlər. Vəziyyəti təhlil edərək özlərinə bu sualları soruşarlar: "Bu vəziyyətdə ola biləcək ən pis şey, nədir; reallaşması gözlənən şey nədir; variantlarım nələrdir; içində olduğum vəziyyəti inkişaf etdirmək üçün nə edə bilərəm? Bu suallara cavab verərək bir fəaliyyət planı yaradar və bu istiqamətdə hərəkət edərlər. Təcrübələrindən yola çıxaraq qorxunun insanın ayaqlarına dolanan iplərindən xilas olma yolunun analitik düşünmək olduğunu bilirlər. 

2. Digərləri ilə Yardımlaşma: Həyatımızı davam etdirmək üçün insanlara ehtiyac duyarıq. Hamımız bir-birimizə möhtacıq. Bir ssenaristin aktyorlara, aktyorların isə tamaşaçıya ehtiyacı vardır. Yəni, hamımız başqa birinin yaranması üçün bir məqsəd və bir dəyər ifadə edirik. Hiss etdiyimiz ən böyük xoşbəxtlik ətrafımızdakılarla qarşılıqlı əlaqənin içində gizlidir. Aşiq olarıq, evlənərik, bir ailə qurarıq, karyera sahibi olarıq, yeni münasibətlər qurarıq. Xoşbəxtlik bunlarda gizli deyil?

3. Mənəvi ölçü: Kor və kar olaraq doğulduğunuzu xəyal edin. Bu vəziyyətdə nə Motsartı və Bethoveni dinləyə biləcək, nə də Da Vinçi ya da Picassonun şəkillərini görə biləcəkdik. İncəsənət həyatı davam etdirmək üçün bir zərurət olmasa da, onun xoşbəxtliyimizi gücləndirən bir hadisə olduğu inkar edilməz. Bu mövcudluğumuzun mənəvi ölçüsünə işarə edər. Özümüzü sənətin gözəlliyə təslim etdiyimiz zaman xoşbəxtliyin də yeni bir küncünü kəşf etmiş olacağıq.

Hal-hazırda ehtiyacımız olan şey, qorxudan uzaqlaşmaq və dik dayanmaqdır. Bu beynimizin fövqəladə potensialını və gücünü istifadə etməyimizə imkan verir. İmpulslarınızla və tələsik hərəkət etməyin, əvvəl düşünün!

ŞƏRH YAZIN