Ünsiyyət Nədir???

0
3111
Ünsiyyət Nədir???

 NLP-nin məqsədi müvəffəqiyyətli olmağımızdır. Müvəffəqiyyət isə, hədəflədiyimiz bir nəticəyə çatmaqdır. Bunun üçün ən təməl faktor ünsiyyətdir. Ünsiyyətdə əsas məsələ ünsiyyətdə olduğumuz insanların reaksiyalarıdır. Qarşımızdakı insanların reaksiyalarını doğru qəbul etdiyimiz müddətcə ünsiyyətdə heç bir problem çıxmaz və məqsədimizə mütləq çatarıq.

Bu gün dünyamızı dəyişdirən insanlar Heydər Əliyev, Con Kennedi, Martin Lüter, Franklin Rusvelt, Uinston Çörçill, Mahatma Qandi, Mustafa Kamal Atatürk, Lenin yüksək bir ünsiyyətçi idilər. Onlar ünsiyyətin gücünü istifadə edərək kütlələrin düşüncə və davranışlarına təsir etmişdilər.

Həyatımızın keyfiyyəti ünsiyyətimizin keyfiyyətinə bağlıdır.

Ünsiyyət bacarıqlarının altında gözəl xarakter yatar.

Bizim verdiyimizin xaricində heç bir şey bir mənaya sahib deyil.

Xoşbəxtliyimizi ya da bədbəxtliyimizi, uğurumuzu ya da uğursuzluğumuzu qurduğumuz ünsiyyət təyin edər. Bizim verdiyimizin xaricində, heç bir şeyin bir mənası yoxdur.

Ünsiyyət və anlaşma kiçik bir möcüzədir.

Yaxşı bir ünsiyyətdə, sözlər insanlar arasında körpü, pis bir ünsiyyətdə isə divar olar.

Ünsiyyət Nədir? 
 
Ünsiyyət duyğu, düşüncə və məlumatların müxtəlif yollarla başqalarına köçürülməsidir.

Ünsiyyət mesaj alış verişidir. Verilən ya da verilməyən hər mesajın bir məna dəyəri vardır.

Ünsiyyət nə hiss etdiyimizi, nə demək istədiyimizi qarşımızdakına açıq bir şəkildə söyləmə, qarşımızdakının nə söylədiyini dinləmə, qavrama və anlama sənətidir.

Başqa  sözlə desək, ünsiyyət iki insan arasında münasibət yaradan psixoictimai bir prosesdir.

Ünsiyyət davamlı bir mesaj alış verişidir. Danışan mesaj göndərir, dinləyən də bu mesaja reaksiya verir.

Ünsiyyət insani münasibətlərimizdə sevinc, güvən, sülh, xoşbəxtlik və ümid yaratma məqsədinə istiqamətli deyilsə, o ünsiyyətin heç bir dəyəri yoxdur.

Ünsiyyət problemlərini həll etmədən, xoşbəxt və müvəffəqiyyətli bir həyatı reallaşdırmağımız qeyri-mümkündür.

Ünsiyyət reaksiyaya bərabərdir. Ünsiyyətin təsiri ünsiyyətin reaksiyası ilə müəyyən edilir. Qarşımızdakı insanın bədən dilindən, verdiyi ya da vermədiyi mesajdan necə bir reaksiya verdiyini anlamağımız lazımdır. Qarşımızdakı insanın reaksiyası gözlədiyimiz reaksiyadan fərqlidisə, bunun məsuliyyəti bizə aiddir. Verdiyimiz mesajı təkrar gözdən keçirməyimiz lazımdır. Ünsiyyətdə məqsəd qarşımızdakı insanın istədiyimiz nəticəni ala biləcəyimiz reaksiya verməsini təmin etməkdir.

Bir stəkan su istəyərkən də, "məni sevirsənmi?" deyə soruşarkən də, sevgilimizə ya da yoldaşımıza qəzəbimizi susaraq ifadə edərkən də şifahi ya da sözsüz ünsiyyətimizin məqsədi öz bucağımızdan yaxşı niyyət daşıyır. Amma sağlam ünsiyyət qura bilməsək, bir stəkan su başımızdan aşağı tökülə bilər; yoldaşımız "Off, sevirəm dedim axı" cavabını verə bilər; yoldaşımız bizi tərk edə bilər. Unutmayaq ki, yalnız nə söylədiyimiz deyil, necə söylədiyimiz də alacağımız reaksiyanı müəyyən edir.

Mesajımızı çatdırmağı, lazımlı dəyişikliklər reallaşdırmağı və bizi nəticəyə götürəcək ən doğru şeyi söyləməyi yavaş yavaş öyrənərik. Beləliklə, taleyimizi bizdən fərqli düşünən ya da bizdən fərqli şeylərə inanan insanların mərhəmətinə buraxmamış olarıq.

İnsanın özünü dəyişdirməsi başqa insanları dəyişdirməsindən daha asandır. Bu səbəblə, təsirli ünsiyyət istifadə olunan sözlər, istifadə olunan vasitələr ya da texnoloji vasitələr deyil, arzulanan nəticələrə çatmaqdır.

ŞƏRH YAZIN