Bu Sözləri Cvnizdən Çıxartmalısınız

0
4062
Bu Sözləri Cvnizdən Çıxartmalısınız

 Nə qədər çox variantımız olarsa, həyatımızı bir o qədər yaxşı idarə edə bilərik. Hadisələrə fərqli baxış bucaqlarından, fərqli perspektivlərdən baxaraq seçim yaradarıq. Yalnız bir variantın olması, heç bir varianata sahib olmadığımız deməkdir. İki variantın olması da bizə bir şey qazandırmaz. Bizə istədiyimizi etmə gücü verəcək üç və ya daha çox variant lazımdır. NLP bizi daha çox variantın qapısını açmaq üçün lazımlı stimul yaratmağın yeni yolları ilə təmin edir. Bu texnikalar hər hansı bir problem və mövzu üzərində yaradıcı və vahid bir şəkildə düşünərək, əlimizdən gələnin daha çoxunu edə bilməyimizə köməkçi olur.


Bir vəziyyətə və ya hadisəyə yüklədiyimiz mənaya bağlı olaraq, fərqli şeylər hiss edir və buna uyğun şəkildə davranarıq. Bundan əlavə, bir şeyə fərqli bir işıq altında baxsaq, o şey gözümüzdə fərqli bir məna qazanar və bizə fərqli bir şəkildə təsir edər. 

Bir şeyə fərqli bucaqlardan yanaşaraq fərqli variantlar yaradarıq. Faktları bir öz gözümüzlə, bir başqasının gözüylə görməyimiz mənasını verən "əlaqəli" və "əlaqəsiz" terminləri ilə, daha əvvəl qarşılaşmışdıq. "Əlaqəli" yanaşma NLP-də birinci baxış bucağı olaraq ifadə olunur. Bir şeyi münasibətdə olduğumuz birinin baxış bucağından gördüyümüz zaman da bu ikinci baxış bucağı olaraq tanınar. Üçüncü baxış bucağı bir şeyə üçüncü bir tərəf kimi, kənardan müşahidə edən biri kimi yanaşdığımız zaman ortaya çıxar. Üçüncü vəziyyət bizə saysız-hesabsız fərqli baxış bucağı təqdim edir. Daha əvvəl şəkilin içinə girərək "əlaqəli" baxış bucağı ilə zehni canlandırma etməyin, yəni hadisələrə birinci baxış bucağından baxmağın nə qədər əhəmiyyətli olduğunu görmüşdük. Ancaq yeni baxış bucaqları kəşf etmək və variantlar yaratmaq lazım olarsa, digər mövqelərə də keçməyimizə, o baxış bucağından özümüzü görməyimizə ehtiyac ola bilər.

ŞƏRH YAZIN